Heydər Əliyev adına Ali Hərbi Məktəbdə buraxılış mərasimi olmuşdur

İyunun 25-də Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantlarının növbəti buraxılış mərasimi olmuşdur.
Silahlı Qüvvələrin təhsil müəssisələrinin 10-cu buraxılış gecəsində təhsildə fərqlənmiş məzunlara diplomlar təqdim edilmişdir.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin ali təhsil ocağının həyətində ucaldılmış abidəsi ziyarət olunmuşdur.
Mərasimdə çıxış edən müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Prezident, Ali Baş Komandan İlham Əliyevin təbrikini məzunlara çatdırmışdır. Azərbaycan Ordusunun günü-gündən qüdrətləndiyini bildirən nazir əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Milli Ordumuzun inkişafının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir.
Sonra təhsillərini uğurla başa çatdırmış məzunlara diplomlar təqdim olunmuşdur.
Məktəbin marşı ifa olunduqdan sonra kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın qarşısından keçmişlər.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında