Biçənək kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir

Noyabrın 23-də Şahbuz rayon Biçənək kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Biçənək kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə pedaqoji kollektivi və şagirdləri təbrik edərək demişdir: Müasir tələblər səviyyəsində inşa olunan məktəb binası yeni tədris vasitələri ilə tam təmin olunaraq kollektivin istifadəsinə verilir. 252 şagird yerlik məktəbdə 14 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları və hərbi kabinet, 3 elektron lövhəli sinif, idman zalı, 4400-dən artıq ədəbiyyat fondu olan kitabxana, kompyuter sinfi vardır. Məktəbdə yaradılan şərait tədrisin müasir forma və metodlarla aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Ali Məclisin sədri ulu öndər Heydər Əliyevin "Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir hissəsidir" fikrini xatırladaraq demişdir: Ümummilli liderimizin bu tövsiyələri əsas götürülərək ölkəmizdə təhsil quruculuğu ümumxalq işinə çevrilmişdir. Bu gün təhsilin inkişafı üçün dövlət, cəmiyyət və məktəb öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Bunun nəticəsidir ki, ölkəmizdə təhsilin səviyyəsi yüksəlir, ali təhsilli, yüksək intellektə və peşə bacarığına malik vətənpərvər gənclərimizin sayı ildən-ilə artır.
Ali Məclisin sədri demişdir ki, Biçənək kənd tam orta məktəbi də bilikli, vətənpərvər gənclər yetişdirən təhsil ocaqlarımızdan biridir. Bu il məktəbin 13 məzunundan 4-ü ali məktəblərə, 1-i isə doqquzuncu sinif bazasından Naxçıvan Musiqi Kollecinə qəbul olunmuşdur. Tələbə adını qazanan məzunlardan 1-i 500-700 intervalında bal toplamışdır. Bu, məktəbin pedaqoji kollektivinin səmərəli fəaliyyətinin nəticəsidir.
Açılış tədbirində çıxış edən məktəbin müəllimi Səbinə Hüseynova demişdir ki, Biçənək kəndində yeni məktəb binasının tikilməsi pedaqoji kollektivin və şagirdlərin böyük sevincinə səbəb olmuşdur. Bu, ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Yaradılan şəraitin kollektivin üzərinə mühüm vəzifələr qoyduğunu qeyd edən Səbinə Hüseynova göstərilən dövlət qayğısının müqabilində daha səylə çalışacaqlarını, məktəbin təhsil uğurlarını daha da artıracaqlarını bildirmişdir.
Ali Məclisin sədri Şahbuz rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərdən bir qrupuna kompyuter dəsti hədiyyə etmiş, açılışı bildirən lenti kəsmişdir.
Ali Məclisin sədri məktəb binasına baxışdan sonra kənd sakinləri ilə görüşmüşdür. Sakinlər muxtar respublikada geniş vüsət alan quruculuq işlərinin Şahbuz rayonunun ucqar yaşayış məntəqəsi olan Biçənək kəndini də əhatə etdiyini bildirərək demişlər ki, son illər kənddə kompleks quruculuq işləri aparılmış, müasir sosial obyektlər tikilmiş, sakinləri narahat edən sosial problemlər öz həllini tapmışdır. Kənd fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunur, sakinlərin sosial rifah halı yüksəldilir. Yaradılan yüksək şərait ölkəmizdə uğurla həyata keçirilən Heydər Əliyev quruculuq xəttinin bəhrəsidir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında