Azərbaycan Diplomatik Akademiyasında Azərbaycanın BMT-yə tam hüquqlu üzv qəbul olunmasının 20-ci ildönümü qeyd edilmişdir

Noyabrın 23-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Azərbaycan və BMT: 20 illik əməkdaşlıq və gələcək perspektivlər" mövzusunda tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə ADA-nın rektoru, akademik Hafiz Paşayev BMT-nin Azərbaycan üçün ən vacib təşkilatlardan biri olduğunu vurğulamışdır.
Hafiz Paşayev qeyd etmişdir ki, Azərbaycanın BMT-yə üzv olduğu zaman ölkə üçün çətin və gərgin illər idi. Həmin illərdə Azərbaycanın problemləri BMT səviyyəsində müzakirə olunurdu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dörd qətnamə qəbul edilmişdir. Akademik Hafiz Paşayev demişdir ki, Azərbaycan ötən 20 il ərzində bir çox uğurlar əldə etmişdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi də diplomatiyamızın ən böyük uğurlarından biridir.
BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Antonius Bruk vurğulamışdır ki, müstəqilliyini bərpa etdiyi ilk illərində Azərbaycan bir çox çətinliklərlə üzləşmişdir. Amma bütün bu çətinliklərə baxmayaraq Azərbaycan bu 20 ildə bir çox nailiyyətlər əldə etmiş və bu gün sürətlə inkişaf edən ölkədir.
A.Bruk bildirmişdir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasətin qələbəsidir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. O, həmçinin ölkəmizin bu gün Asiya, Avropa və Orta Şərqdə əhəmiyyəti artan dövlətə çevrildiyini və BMT-nin bundan sonra da Azərbaycana dəstək göstərəcəyini vurğulamışdır.
Tədbirin əhəmiyyətindən danışan Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycan ilə BMT arasında əməkdaşlığın 20-ci ildönümünün qeyd edilməsini ölkəmiz üçün böyük uğur olduğunu demişdir.
Sonra tədbir iştirakçıları akademiyanın foyesində Azərbaycanın BMT-yə tam hüquqlu üzv qəbul olunmasının 20-ci ildönümünü əks etdirən fotosərgiyə baxmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında