Ordubadın Behrud kəndində yeni məktəb binasının açılışı olmuşdur

Noyabrın 19-da Ordubad rayonunun Behrud kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Behrud kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: "Ölkəmizin gələcəyi olan təhsilli gənclərin yetişdirilməsi üçün, ilk növbədə, ümumtəhsil məktəblərində hərtərəfli şərait yaradılmalı, təhsil sistemi daim qayğı ilə əhatə olunmalıdır.
Hazırda ölkəmizdə, eləcə də muxtar respublikamızda məktəb binasının tikintisinə xüsusi diqqət yetirilir, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilir. Bu gün Behrud kəndində 110 şagird yerlik məktəb binası istifadəyə verilir. Hərtərəfli şərait yaradılmış təhsil ocağında 2-si elektron lövhəli olmaqla 11 sinif otağı, kimya-biologiya, fizika laboratoriyaları, hərbi kabinet, 2 mindən artıq kitab fondu olan kitabxana, idman zalı və kompyuter sinfi müəllim və şagirdlərin istifadəsinə verilir. Məktəbin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması, yaradılan müasir təhsil şəraiti dərslərin nəzəri və praktik olaraq daha yaxşı mənimsənilməsinə imkan verəcəkdir. Bütün bunlar isə ölkəmizdə təhsil quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir".
Ali Məclisin sədri demişdir ki, uzun illər uyğunlaşdırılmış taxta binada fəaliyyət göstərməsinə baxmayaraq, Behrud kənd tam orta məktəbinin möhkəm təməllər əsasında qurulan təhsil ənənələri yaradılmışdır. Məktəbin məzunları istər keçmiş sovetlər birliyi dövründə, istərsə də müstəqillik illərində ölkəmizin inkişafında, dövlət quruculuğu prosesində fəal iştirak etmişlər. Bu ənənə hazırda da davam etdirilir, məktəbin kollektivi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Ötən tədris ilində məktəbi bitirən 6 məzundan 1-i ali məktəbə, 2-si Naxçıvan Tibb Kollecinə, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Kollektiv göstərilən dövlət qayğısının müqabilində əzmlə çalışaraq təhsil uğurlarını daha da artırmalıdır.
"Hər bir təhsilli gənc ölkəmizin gələcəyi üçün yararlı vətəndaşdır", - deyən Ali Məclisin sədri məktəblərimizdə vətənpərvər, bilikli gənclərin yetişdirilməsinin vacibliyini qeyd etmiş, pedaqoji kollektivlərə uğurlar arzulamışdır.
Məktəbin müəllimi Ülkər Quliyeva yeni binanın istifadəyə verilməsi münasibətilə müəllim və şagird kollektivi adından minnətdarlıq etmiş, qarşıdakı tədris illərində nailiyyətlərini artıracaqlarına söz vermişdir.
Ali Məclisin sədri açılışı bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binasında müasir fənn kabinetləri, laboratoriyalar, sinif otaqları, idman zalı və bufet yaradılmış, müəllimlər otağı və digər yardımçı otaqlar istifadəyə verilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında