Bakıda "Folklor və tariximiz" mövzusunda respublika elmi konfransı işə başlamışdır

Noyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında "Folklor və tariximiz" mövzusunda respublika elmi konfransı işə başlamışdır. 
Konfrans AMEA-nın Folklor İnstitutu və A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən təşkil olunmuşdur.
AzərTAc xəbər verir ki, alim və mütəxəssislərin, ayrı-ayrı ali təhsil müəssisələri nümayəndələrinin iştirak etdikləri tədbirdə AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademiyanın müxbir üzvü Kamal Abdullayev konfransın əhəmiyyətindən danışmış, onun Folklor və Tarix institutları tərəfindən birgə keçirilməsinin səmərəli olacağına əminliyini, "Folklor və tariximiz" mövzusunda elmi araşdırmalar aparılmasının önəmli məsələ olduğunu diqqətə çatdırmışdır.
A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudov AMEA-nın müvafiq elm müəssisələri arasında birgə elmi araşdırmalar aparılmasının əhəmiyyətindən bəhs etmişdir. Qeyd etmişdir ki, elmi araşdırmalarda öz tarixi mənbələrimizə müraciət etmək lazımdır. Eyni zamanda, tarixi mənbələrimizdən düzgün istifadə etməliyik. Çünki çox zamanlar bizim tariximiz təhrif olunmuşdur.
Folklorun-xalqın yaşatdığı tarixin böyük əhəmiyyətindən danışan Y.Mahmudov folklorumuzun dərindən öyrənilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Akademik Teymur Bünyadov tarixin araşdırılmasında arxeologiya və etnoqrafiyanın, folklorun rolundan bəhs etmişdir.
AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov mövzu barədə fikir və mülahizələrini bildirmişdir.
Qeyd olunmuşdur ki, konfransın əsas qayəsi Azərbaycan xalqının folklorda yaşayan tarixinin və eləcə də tarixi hadisələrin folklora təsirinin qarşılıqlı öyrənilməsidir.
Sonra bölmə iclasları olmuş, müxtəlif mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Konfrans noyabrın 20-də başa çatacaqdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında