"Erməni soyqırımı": mif və gerçəklik" kitabı erməni yalanlarının ifşasında dəyərli tədqiqat əsəridir

Noyabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində "Erməni soyqırımı": mif və gerçəklik" kitabının təqdimatı olmuşdur. 
Elmi redaktoru və məsləhətçisi Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, ideya müəllifi Milli Məclisin deputatı Adil Əliyev olan kitabda erməni terror təşkilatlarının Azərbaycanda törətdiyi qanlı hadisələrdən bəhs edilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, mətbuat nümayəndələri iştirak etmişlər.
Layihənin ideya müəllifi Adil Əliyev bu cür nəşrlərin əhəmiyyətini xüsusi vurğulamışdır. Bildirilmişdir ki, kitabda Osmanlı imperiyasında "erməni soyqırımı"nın uydurma olduğu faktlar, sənədlər, ABŞ Konqresinin stenoqramları, publisistlərin, demoqrafların, tarixçilərin, diplomatların məqalələri əsasında ifşa edilir. Nəşrdə erməni terrorizminin mahiyyəti, onun dünyanın müxtəlif ölkələrində hər növ təşkilat və narkotik ticarəti ilə əlaqəsi, agentlik şəbəkəsi və törətdiyi cinayətlərin xronologiyası geniş şəkildə və sənədlər əsasında nəzərdən keçirilir. "Erməni soyqırımı": mif və gerçəklik" kitabı ilk dəfə 1985-ci ildə ABŞ-da ingilis dilində nəşr edilmişdir. Sonradan rus dilinə tərcümə olunmuş, bu gün isə Azərbaycan dilində oxuculara təqdim edilmişdir. "Ön söz", "Giriş", "Strateji əhəmiyyətli məsələlər", "Erməni terrorizmi və terrorizmin beynəlxalq sistemi", "Tarixi mənzərə", "İttiham və mübahisə" fəsillərindən, "Qeydlər"dən və "XX əsrin 80-90-cı illərində Azərbaycanda ermənilər tərəfindən törədilən terror aktları" əlavəsindən ibarət olan kitab mütəxəssislər və həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Milli Məclisin deputatı Mübariz Qurbanlı belə kitabların çapının daha da artırılmasının vacibliyini vurğulamışdır. O bildirmişdir ki, bu nəşr ermənilərin tarix boyu Azərbaycana qarşı törətdiyi bütün cinayət və terrorların dünya ictimaiyyətinə çatdırılmasında dəyərli bir mənbədir. Ermənilərin daim tarixi saxtalaşdırdıqlarını bir daha diqqətə çatdıran deputat bu kitabın həmin istiqamətdə böyük bir tədqiqat əsəri olduğunu demiş, nəşrdə həm də tarixi-xronoloji ardıcıllıqla indiyə kimi üzə çıxmayan faktların öz əksini tapdığını bildirmişdir.
M.Qurbanlı ümumilikdə bu kitabın qondarma "erməni soyqırımı"nı, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini bir daha sübut etdiyini və erməni yalanlarının ifşasında dəyərli bir tədqiqat əsəri olduğunu demişdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Musa Qasımlı, Aydın Mirzəzadə, Nizami Cəfərov və başqaları kitabda erməni yalanları və iftiralarının ifşası üçün konkret sənədlərə müraciət olunduğunu qeyd etmişlər. Natiqlər kitabın yaradıcı heyətinə təşəkkürlərini bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında