Neft Akademiyası Cənubi Afrika Respublikası üçün mütəxəssislər hazırlayacaq

Noyabrın 15-də Azərbaycan Dövlət Neft Akademiyasında Cənubi Afrika Respublikasını (CAR) təmsil edən dövlət və hökümət rəsmilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirildi. CAR-ın xarici işlər və energetika nazirliklərinin yüksək rütbəli rəhbərləri ali məktəbin rektoru, akademik Siyavuş Qarayevlə görüşdə ölkələrində neftin olmadığını, lakin yanacağa olan tələbatın ildən-ilə artdığını bildirdilər. Onların sözlərinə görə, ölkələrinin kontinental şelfində neft yataqlarını aşkar etmək məqsədilə kəşfiyyat işləri aparmaq niyyətləri var, lakin ölkədə neftin axtarışı, istehsalı və emalı üzrə mütəxəssislərin olmaması buna imkan vermir.
Akademik Siyavuş Qarayev afrikalı qonaqlarla görüşdən məmnunluğunu ifadə etdi və qarşılıqlı əməkdaşlığın vacibliyini vurğuladı. O, rəhbərlik etdiyi təhsil ocağının Afrika qitəsi ölkələri üçün keçmişdə 500 nəfərdən artıq mütəxəssis hazırladığını qonaqların nəzərinə çatdırdı, Cənubi Afrika Respublikasına kömək göstərməyə də hazır olduqlarını bəyan etdi. Qərara alındı ki, ikimərhələli əməkdaşlıq barədə memorandum hazırlansın. Qısa müddəti əhatə edəcək birinci mərhələdə şelf sularında neftlə zəngin yataqların aşkar edilməsinə yardım etmək məqsədilə ADNA-nın yüksək ixtisaslı mütəxəssislərinin CAR-a ezam edilməsi nəzərdə tutulursa, uzunmüddətli ikinci mərhələ neft yataqları kəşf edildikdən sonra bu ölkə üçün mütəxəssislərin hazırlanmasını əhatə edəcəkdir.
"PetroSA" Dövlət Neft Şirkətinin prezidenti xanım Nosizve Nokave Nokve-Makamo ölkəsinin neft sənayesi üçün kadr hazırlığı məsələsində prioriteti ADNA-ya verdiyini söylədi. Afrikalı qonaq qeyd etdi ki, Azərbaycan sürətlə inkişaf edir, əhalinin sosial təminatı günü-gündən yaxşılaşır. Karbohidrogen ehtiyatlarını effektiv idarəetmə və Neft Fondunun şəffaflığına görə respublikamız dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil olur. Xanım Nosizve Nokave Nokve-Makamo ADNA-nın tarix muzeyindəki ekspozisiyalarla tanış oldu, fəxri qonaqlar kitabında qeydlərini etdi. Daha sonra Neft Akademiyasının elmi və tədris laboratoriyaları, dərs otaqları ilə tanış olan qonaq ADNA-nın mühazirə və laboratoriya otaqlarına baş çəkərək, dərslərin tədrisi, laboratoriya avadanlıqları ilə tanış oldu. "PetroSA" Dövlət Neft şirkətinin prezidenti vaxtilə təhsil aldığı kimya-texnologiya fakültəsinin dekanlığında oldu, Elmi Şura üzvləri və keçmiş müəllimləri ilə görüşərək, ötən illəri xatırladı.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında