Bakı Dövlət Universiteti ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi arasında yeni magistr proqramının hazırlanmasında əməkdaşlığa dair memorandum imzalanmışdır

Noyabrın 13-də Bakı Dövlət Universiteti (BDU) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında 2013-2014-cü tədris ili üçün BDU-nun hüquq fakültəsində dəniz və enerji hüququ üzrə yeni magistr proqramının hazırlanmasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır.  
AzərTAc xəbər verir ki, alim və mütəxəssislərin, tələbələrin iştirak etdikləri mərasimdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov dəniz və enerji hüququ üzrə mütəxəssislər hazırlanmasının vacibliyini bildirmişdir.
Rektor, eyni zamanda, USAID, Amerika Hüquqşünaslar Assosiasiyası (ABA), ABŞ-ın Tuleyn Universiteti ilə əməkdaşlıq çərçivəsində BDU-da dəniz və enerji hüququ üzrə yeni magistr proqramının hazırlanmasının əhəmiyyətini vurğulamışdır.
Sonra Bakı Dövlət Universiteti ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi arasında BDU-nun hüquq fakültəsində dəniz və enerji hüququ üzrə yeni magistr proqramının hazırlanmasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır.
Sənədi BDU-nun rektoru A. Məhərrəmov və USAID-in Azərbaycandakı missiyasının direktoru Maykl Qrin imzalamışlar.
M. Qrin USAID ilə BDU arasında əməkdaşlığın səmərəli olduğunu vurğulamışdır.
İmzalanan sənədin əhəmiyyətini qeyd edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirmişdir ki, bu, ABŞ və Azərbaycan hökumətləri arasında hüquq təhsilinin inkişafı sahəsində atılan daha bir addımdır.
Memorandumda yeni magistr proqramının hazırlanması və həyata keçirilməsi istiqamətində birgə əməkdaşlıq nəzərdə tutulur. Həmçinin, yeni magistr proqramı üçün dərs vəsaitlərindən və digər müvafiq materiallardan ibarət kitabxananın qurulmasına başlanacaqdır.
Dəniz və enerji hüququ üzrə magistr proqramı 2 illik tədris proqramı olacaqdır. İlk tələbələrin qəbulu 2013-cü ilin payızında nəzərdə tutulur. Proqramın tədris dili ingilis dili olacaqdır.
Növbəti səkkiz ay müddətində BDU-ya texniki dəstək göstərilməsi üçün USAID tərəfdaşı olan Amerika Hüquqşünaslar Assosiasiyasına qrant ayırır. Yeni proqramın hazırlanması zamanı ABA və BDU ABŞ-ın Tuleyn Universitetinin hüquq fakültəsi ilə əməkdaşlıq edəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında