Müdafiə Sənayesi Nazirliyinin Azərbaycan Texniki Universiteti ilə birgə layihəsi

Cari tədris ilindən Azərbaycan Texniki Universiteti (AzTU) Respublika Müdafiə Sənayesi Nazirliyinin müəssisələri üçün bir neçə ixtisas üzrə mütəxəssislər hazırlamağa başlamışdır. Universitetdə yeni yaradılmış xüsusi texnika və texnologiya fakültəsində bu il yüksək bal toplamış 74 tələbə 5 ixtisas üzrə təhsil alır.
AzərTAc xəbər verir ki, noyabrın 13-də universitetdə yeni fakültəyə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir. Tədbirdə universitetin professor-müəllim heyəti ilə yanaşı, Müdafiə Sənayesi Nazirliyinin müəssislərinin məsul işçiləri də iştirak etmişlər.
AzTU-nun rektoru, professor Havar Məmmədov bildirmişdir ki, yeni fakültə Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müvafiq qərar və göstərişlərinə əsasən fəaliyyətə başlamışdır. Bu, Azərbaycan Prezidentinin milli ordunun daha da gücləndirilməsinə qayğısının yeni təzahürüdür. Həmin fakültədə tələbələr təhsil illərində "Silah və silah vasitələrinin istehsal texnologiyası", "Optotexnika", "Pirotexnika vasitələrinin texnologiyası", "Çoxkanallı radiorele troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri", "Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı ixtisasları" ilə bağlı biliklərin əsaslarına yiyələnəcəklər.
Tədris proqramı hazırlanarkən Rusiya Federasiyasının müdafiə sənayesi üçün mühəndis kadrları hazırlayan nüfuzlu universitetlərinin təcrübəsi öyrənilmiş və bu iş indi də davam etdirilir. Fakültə müasir tədris vasitələri ilə təmin edilmişdir. Universitetdə bu ixtisaslar üzrə bakalavr pilləsində təhsil 4 il, magisturatura pilləsində isə 2 il müəyyən edilmişdir. Gələcəkdə yüksək ixtisaslı mütəxəssislər kimi ölkəmizin müdafiə sənayesi müəssisələrində işləyəcək gənclər universitetdə aldıqları nəzəri bilikləri Azərbaycanın müvafiq istehsal sahələrində təcrübi cəhətdən möhkəmləndirəcəklər.
Görüşdə bildirilmişdir ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələri üçün yüksək ixtisaslı kadrlar hazırlamaq üçün universitetdə hər cür şərait yaradılmışdır, təhsil prosesi zəruri tədris materialları, proqram və avadanlıqlar əsasında aparılır.
Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin baş mühəndisi Feyruz Əsədov, "Üfüq" İstehsalat Birliyi Radioquraşdırma zavodu direktorunun müavini Anar Əzizov çıxış edərək demişlər ki, universitetdə yeni ixtisaslar üzrə hazırlanacaq mütəxəssislərə bu gün respublikamızda böyük tələbat vardır.
Xüsusi texnika və texnologiya fakültəsinin I kurs tələbəsi Əlikram Ağəliyev yeni ixtisaslar üzrə təhsil alan tələbələr adından onlara göstərilən qayğıya və universitetdə yaradılmış şəraitə görə razılığını bildirmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında