Bakı Ali Neft Məktəbində Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilmişdir

Noyabrın 12-də Bakı Ali Neft Məktəbində (BANM) Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdən əvvəl Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və BANM-in rektoru Elmar Qasımov ali məktəbin binasında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuşlar.
Sonra təhsil ocağında yaradılmış infrastrukturla tanışlıq olmuşdur.
Daha sonra ali məktəbin konfrans zalında tədbir keçirilmişdir.
Mövzu ilə bağlı çıxış edən Ziyafət Əsgərov bildirmişdir ki, 1995-ci ildə müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olunmuşdur. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. Ancaq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yaranmışdı. Bunun üçün ümummilli lider Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdir.
Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olduğunu deyən Ziyafət Əsgərov qeyd etmişdir ki, Əsas Qanunumuz 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını yaratmışdır. Müstəqilliyini bərpa edən Azərbaycan demokratik dövlət quruculuğu yolu ilə gedərək insan hüquq və azadlıqlarının qorunmasını prioritet elan etmişdir. Buna görə də ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə yeni Konstitusiyada 40-dan çox maddədə insan hüquqlarının qorunması təsbit olunmuşdur.
Sonra referendumla Konstitusiyaya əlavə və dəyişikliklər edildiyini xatırladan Milli Məclis sədrinin birinci müavini bildirmişdir ki, Əsas Qanunumuzda çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirilməsi, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsiplərin əsas götürülməsi xüsusilə nəzərə çarpır. Həmçinin, Konstitusiyamızda Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq kimi məsələlər öz əksini tapmışdır. Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi məqsədlər Konstitusiyada təsbit edilmişdir.
Sonda müəllimlərin və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında