Qarxun kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Şərur rayonunun Qarxun kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şərur rayonunun Qarxun kəndində avtomobil yolunun açılışında iştirak etmişdir.
Ali Məclisin sədri Qarxun kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edərək demişdir: "Əvvəlki illərdə bu kənddə yeni kənd mərkəzi, həkim ambulatoriyası, ticarət mərkəzi tikilərək sakinlərin istifadəsinə verilmişdir. Bu gün isə yeni məktəb binası, kənd yolu və xidmət mərkəzi istifadəyə verilir. Aparılan kompleks quruculuq işlərindən sonra Qarxun kəndi bu gün muxtar respublikanın abadlaşan kəndlərinin sırasına daxil olur".
Ali Məclisin sədri demişdir ki, həyata keçirilən quruculuq və abadlıq işləri ölkəmizin inkişafının konkret bir kəndin timsalında əyani nümunəsidir. Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi, ölkəmizdəki sabitlik və iqtisadi yüksəliş Azərbaycanın bütün regionlarının uğurlu inkişafının əsas hərəkətverici qüvvəsidir.
Vasif Talıbov 4,5 kilometrlik yolun açılışını bildirən lenti kəsmişdir.
Həmin gün Qarxun kənd tam orta məktəbinin yeni binası da istifadəyə verilmişdir.
Ali Məclisinin sədri Vasif Talıbov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmişdir. O bildirmişdir ki, müasir məktəb binalarının tikilməsi ölkəmizin gələcəyinə xidmət edir. Bu gün müəllim və şagirdlərin istifadəsinə verilən 504 şagird yerlik məktəb binasında üçü elektron lövhəli olmaqla 28 sinif otağı, kimya, biologiya, fizika və hərbi kabinələr, idman zalı və kitabxana vardır.
Yaradılan müasir tədris şəraiti təhsilli və vətənpərvər gənclərin yetişdirilməsinə imkan verəcəkdir. Bu il də məktəbin nailiyyətləri yüksək olmuş, 37 məzundan 15-i ali məktəblərə, 2-si isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur.
Ali Məclisin sədri qazanılan uğurlara görə məktəbin kollektivini təbrik etmiş, yaradılan şəraitin əldə olunmuş uğurları daha da artırmağa imkan verəcəyinə əminliyini vurğulamışdır. Pedaqoji kollektiv göstərilən dövlət qayğısının müqabilində "Ən yaxşı ümumtəhsil məktəbi" adını qoruyub saxlamalı, təhsil uğurlarını daha da artırmalıdır.
Məktəbin müəllimi Rahilə Balayeva yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə pedaqoji kollektiv adından minnətdarlıq etmişdir.
Ali Məclisin sədri məktəb binasının açılışını bildirən lenti kəsmiş, tədris ocağında yaradılan şəraitlə tanış olmuşdur.
Həmin gün Qarxunda yeni xidmət mərkəzinin də açılışı olmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında