Geologiya İnstitutunun alimləri İtaliyada beynəlxalq konfransda Xəzər dənizinin inkişaf tarixindən bəhs etmişlər

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri İtaliyanın Sardiniya adasında keçirilmiş "Dənizin sahilində: Dördüncü dövr geoloji mərhələdə çöküntülər, geomorfologiya, tektonika və stratiqrafiya" adlı 5 günlük beynəlxalq konfransda iştirak etmişlər.
Tədbir Dördüncü Dövr Tədqiqatları üzrə Beynəlxalq Birliyin Avropa Dördüncü dövr bölməsi tərəfindən təşkil olunmuşdur. İnstitutun direktoru, akademik Akif Əlizadə, elmi işlər üzrə direktor müavini, akademik İbrahim Quliyev, şöbə müdirləri və geologiya-mineralogiya elmləri doktorları - Elmira Əliyeva və Dadaş Hüseynov Xəzər dənizinin geoloji tarixinə, o cümlədən səviyyə dəyişmələrinə dair məruzələrlə çıxış etmişlər. Alimlərimiz bildirmişlər ki, Dördüncü Dövrdə (2,588 milyon il bundan əvvəl) Qara dənizlə ara-sıra əlaqəli olan Xəzər dənizi bu günə qədər geoloji qabarma-enmə və qlobal istiləşmə proseslərinə məruz qalıb. Nəticədə dənizin səviyyəsi xeyli azalıb, ərazisi kiçilib və qapalı hövzəyə çevrilib. Azərbaycan alimləri Xəzərin səviyyəsindəki uzunmüddətli dəyişmələri tektonik proseslərlə izah etmişlər. Qısa müddətli və tez-tez baş verən dəyişmələrin səbəbi kimi isə iqlim dəyişmələri göstərilmişdir.
Akademik A.Əlizadə qeyd edir ki, qlobal istiləşmənin təsiri ilə Xəzərin səviyyəsinin enməsi son onilliklərdə daha qabarıq müşahidə olunur və bu proses hazırda da davam edir.
Beynəlxalq konfransa İngiltərə, Almaniya, Fransa, İtalia, Rusiya və digər ölkələrin alimləri də qatılmışlar. Geologiya İnstitutunun məruzələri tədbir iştirakçıları tərəfindən böyük maraqla və çoxsaylı suallarla qarşılanmışdır.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında