ARDNŞ-in Elm Fondu tərəfindən elmi-tədqiqat layihələri üzrə keçirilən müsabiqənin qalibləri mükafatlandırılmışlar

Oktyabrın 9-da Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondu tərəfindən 2012-ci il üçün elmi-tədqiqat layihələri üzrə keçirilən müsabiqənin qalibləri mükafatlandırılmışlar. 
AzərTAc xəbər verir ki, mərasimi giriş sözü ilə açan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ölkəmizdə elmə dövlət qayğısından söhbət açmışdır. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil, milli ənənələrə və ümumbəşəri dəyərlərə, dünya standartlarına cavab verən elmi potensialının formalaşdırılması istiqamətində həyata keçirilən siyasət əzmlə davam etdirilir. Ulu öndərin elmi təmələ söykənən siyasətini keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirən Prezident İlham Əliyev qloballaşma dövrünün tələblərinə uyğun olan elm və təhsil strategiyasına üstünlük verir.
R.Abdullayev fundamental və təcrübi elmləri inkişaf etdirmək məqsədi ilə Prezident İlham Əliyevin göstərişinə əsasən, 2011-ci il mayın 26-da yaradılmış ARDNŞ-in Elm Fondunun Azərbaycanda elmin inkişafına əvəzsiz töhfələr verəcəyini də vurğulamışdır. Qeyd etmişdir ki, Elm Fondu tərəfindən ötən müddətdə AMEA-nın sahə institutları ilə sıx əməkdaşlıq şəraitində fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrinin işlənməsi istiqamətində böyük işlər görülmüşdür. Müsabiqənin gedişi də onu göstərir ki, alimlər fondun fəaliyyətini dəstəkləyirlər.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov ARDNŞ-in Elm Fondu tərəfindən 2012-ci il üçün elmi-tədqiqat layihələri üzrə keçirilən müsabiqənin nəticələri haqqında danışmışdır. O demişdir ki, müsabiqə Azərbaycanda təbiət və texnika elmləri sahəsində fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini, neft, qaz və neft-kimya sənayesi ilə əlaqədar elmi araşdırmaları daha da inkişaf etdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədi ilə keçirilmişdir.
Bildirilmişdir ki, müsabiqəyə 58 layihə təqdim edilmişdir. Layihələrin ekspertizası məqsədi ilə AMEA-nın və ARDNŞ-in aparıcı alimlərinin və mütəxəssislərinin daxil olduqları müsabiqə komissiyası yaradılmışdır. Fondun əsasnaməsinə uyğun olaraq qeydiyyatdan keçmiş layihələrin ciddi ekspertizası təşkil edilmiş, müsabiqənin gedişi və ekspertizası ilə bağlı müsabiqə komissiyasının bir neçə iclası keçirilmişdir.
Müsabiqə komissiyasının və ekspertlərin rəylərinə əsasən, ARDNŞ-in Elm Fondunun idarə heyətinin 2012-ci il 18 sentyabr tarixli qərarı ilə 24 layihə qalib elan edilmişdir.
Sonra müsabiqə qaliblərinə sertifikatlar təqdim olunmuşdur.
Qaliblər adından Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Məhərrəm Babayev, Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Elbrus Əlizadə, ARDNŞ-in Elm Fondu idarə heyətinin üzvü, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Vaqif Abbasov və başqaları çıxış edərək Azərbaycanda fundamental elmin inkişafına daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında