Suraxanıda Beynəlxalq Müəllim günü qeyd edilib

Suraxanı rayonunda Beynəlxalq Müəllim günü münasibətilə geniş tədbir keçirilmişdir. Rayon ərazisindəki təhsil müəssisələrində çalışan müəllimlərin bir qrupunun qatıldığı tədbirdə ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən rayon məzunları və dərs əlaçısı olan 11-ci sinif şagirdləri də iştirak etmişlər.
Tədbir rayonda yeni inşa olunmuş 327 saylı tam orta məktəbdə keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə ulu öndərin büstünü ziyarət edərək önünə tər güllər qoymuş, yeni məktəblə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, bu tədris müəssisəsində 32 sinif otağı, müxtəlif fənn kabinetləri və MDB məkanında ilk dəfə olaraq elektron tədris üçün nəzərdə tutulmuş "Smart sinif" otağı yaradılmışdır.
Tədbir məktəbin akt zalında davam etdirilmişdir. Mərasimi giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük hörmətlə, yüksək ehtiramla çəkilmişdir. Sosial statusundan, tutduğu vəzifəsindən asılı olmayaraq, bu gün hər bir azərbaycanlı cəmiyyətdəki mövqeyinə, qazandığı biliklərə, ümumən, bir şəxsiyyət kimi formalaşmasına görə özünü məhz müəllimlərinə borclu sayır. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, son illər ərzində təhsil sahəsində də çox ciddi irəliləyişlər, nəzərə çarpacaq uğurlar əldə edilmişdir. Bu uğurlar hər birimizi sevindirir və fərəhləndirir. Ölkəmizdə uğurla həyata keçirilən təhsil islahatları demokratik proseslərin inkişafına xüsusi önəm göstərilməsindən, elmin, təhsilin səviyyəsinin dünya səviyyəsinə qaldırılması istiqamətində görülən uğurlu işlərdən xəbər verir. Prezident İlham Əliyevin hər il Beynəlxalq Müəllim Günü ərəfəsində onlarla müəllimi fəxri ada, dövlət təltiflərinə layiq görməsi onun təhsil və elm sahəsində çalışan çoxsaylı ziyalılara yüksək rəğbət və etimadını nümayiş etdirir.
Tədbirdə çıxış edən 327 saylı məktəbin direktoru S.Hüseynova, Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru M. Abbasov, 114 saylı məktəbin müəllimi İ. İbrahimov, 141 saylı məktəbin müəllimi C. Əsgərova, 146 saylı məktəbin müəllimi C. Novruzova, Prezident təqaüdçüləri R. Qasımzadə, A.Vəliyev, C.Əliyev təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz dərin təşəkkürlərini bildirmişlər. Sonra təhsil sahəsində qazanılan uğurlara, ictimai həyatda fəal iştiraka görə bir qrup təhsil işçisi, Prezident təqaüdçüləri və qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı, qiymətli hədiyyələrlə təltif olundular.
Sonda şagirdlərin ifasında bədii hissə göstərildi.

{nl}

V. BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında