Binəqədi rayonunda Müəllim Günü

Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Müəllim Günü münasibətilə geniş tədbir keçirilmişdir. 
Tədbirdə rayon icra hakimiyyəti başçısı Xaləddin İsgəndərov son illər bir sıra sahələrdə olduğu kimi, təhsildə də yaddaqalan uğurlar əldə edildiyini bildirmişdir. Natiq vurğulamışdır ki, Prezident İlham Əliyevin təhsilə və bu sahədə çalışan insanlara qayğı və diqqəti təsadüfi deyil. Dövlət başçısı çıxışlarının birində demişdir: "İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o ölkələr inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir, yeni texnologiyalar tətbiq olunur. Ümumiyyətlə, dünyada gedən tərəqqinin əsas əlaməti və səbəbi bilikdir, savaddır. Ona görə, Azərbaycanda yeni gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında təhsilin, məktəbin çox böyük əhəmiyyəti var".
Dövlət başçısı orta məktəblərdə oxuyan şagirdlərin hərtərəfli qayğı ilə əhatə olunmalarının zəruriliyini, onların layiqli vətəndaş kimi böyümələrinin mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir: "Azərbaycanda bugünkü uşaq 10 ildən, 20 ildən sonra necə vətəndaş olacaq, Vətəni necə sevəcək, Vətən uğrunda necə vuruşacaq, Vətən üçün nə edəcək - bax, bütün bunların təməli məktəblərdə qoyulur. Ona görə təhsilə diqqət, sadəcə olaraq, bir inkişaf istiqaməti deyil, bu, qlobal, ölkə üçün həlledici məna daşıyan bir siyasətdir. Əgər təhsillə bağlı məsələlər düzgün həll olunmasa, bu siyasət, bizim bütün başqa uğurlarımız heç bir səmərə verməz".
Bu amili nəzərə alan ölkə Prezidenti təhsil siyasətinə xüsusi önəm verir. Azərbaycanda təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən hesab edən dövlət başçısının rəhbərliyi altında təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bununla əlaqədar müxtəlif dövlət proqramları uğurla icra olunur. Həmin proqramlar əsasında məktəblərin maddi-texniki bazası gücləndirilir, zəruri avadanlıqlarla təchiz olunur. Eləcə də, 2008-2012-ci illəri əhatə edən məktəb tikintisi ilə bağlı proqramı vurğulamaq yerinə düşər. Bununla yanaşı, təhsil sisteminin informasiyalaşdırılmasına xidmət edən dövlət proqramını qeyd etmək lazımdır.Bütün bunlar ümumilikdə təhsilin inkişafına əhəmiyyətli dərəcədə xidmət göstərir.
Tədbirdə Bakı Şəhər Təhsil İdarəsi müdirinin müavini, filologiya elmləri doktoru, professor, əməkdar müəllim Hüseyn Əsgərov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi Rayon Komitəsinin sədri əməkdar müəllim Almaz Hacıyeva çıxış etmişlər.
Beynəlxalq Müəllim Günü münasibətilə təhsil sahəsində qazandığı uğurlara və rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup təhsil işçisi rayon icra hakimiyyəti başçısının fəxri fərmanı və hədiyyələrlə təltif olunmuşdur.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında