Müəllimlik qədər şərəfli peşə yoxdur

1994-cü ildən 5 oktyabr müəllim günü kimi qeyd olunur. Bu gündə məktəblilər ənənəvi olaraq öz müəllimlərini təbrik edirlər. Azərbaycanda da bu tarix hər il təntənəli surətdə qeyd edilir. Ona görə ki, müəllimlik bizim ölkədə həmişə ən hörmətli peşələrdən biri olub. Müəllimlər olmasaydı, başqa sənətlər də olmazdı. Hər bir valideyndən soruşun ki, uşağın təhsil almasında ən vacib element nədir o, hökmən "yaxşı müəllimlər" cavabını verəcək.
Ulu öndər Heydər Əliyev müəllim adını həmişə yüksək tutur, müəllimliyi ən şərəfli peşə hesab edərdi. Hörmətli Prezidentimiz İlham Əliyev də müəllimlərə həmişə böyük qayğı və diqqət göstərmişdir. Müəllimlərin sosial vəziyyəti ildən-ilə yaxşılaşmış, onların bir qismi fəxri adlara, Prezident mükafatına layiq görülmüşlər. Prezidentin sərəncamı ilə hər il müsabiqə yolu ilə müəllimlərimizin 100 nəfəri "Ən yaxşı müəllim" adını qazanır və 5 min manat məbləğində mükafatlandırılırlar. Bir sözlə, ölkəmizdə müəllimlərə qayğı ilbəil artmaqdadır. Bu bayram ərəfəsində müəllimlərimiz yenə də diqqətdən kənarda deyillər.
İndi dünyanın 100-dən çox ölkəsində müəllim günü qeyd olunur. Müəllim günü 1994-cü il oktyabrın 5-də Parisdə keçirilmiş müəllimlərin statusu üzrə dövlətlərarası xüsusi konfransda (Special Intergovernmental Conference on the Status of Teachers) təsis olunub. Konfransın nəticəsində YUNESKO və Beynəlxalq əmək təşkilatının nümayəndələri tərəfindən "Müəllimlərin statusu ilə bağlı tövsiyələr" (Recommendation concerning the Status of Teachers) adlı sənəd imzalanıb.
Beynəlxalq Müəllim Günü 5 oktyabr 1994-cü il tarixində ilk dəfə qeyd olunub və o vaxtdan hər il qeyd olunur. Ancaq bəzi ölkələrdə bu bayram 5 oktyabra yaxın olan günlərdə qeyd olunur.
Müəllim Günü Azərbaycanda, Belarusda, Qazaxıstanda, Qırğızıstanda, Latviyada və Ukraynada oktyabrın birinci bazar gününə düşür. Mən çox xoşbəxtəm ki, bu peşəni seçmişəm. Bəli, müəllimlik çox şərəfli peşədir, mürəkkəb və məsuliyyətli vəzifədir. Mən fürsətdən istifadə edib öz həmkarlarımı, bu peşə sahiblərini təbrik edir, müstəqil Azərbaycanımızda yeni nəslin təhsil və tərbiyəsində onlara uğurlar arzulayıram.

{nl}

Elida RZAYEVA, Bakıdakı 1 nömrəli məktəbin direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında