Yeni texnologiya tədrisin keyfiyyətini yüksəldəcək

Dünən Azərbaycanın media nümayəndələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən Bakı şəhər 18 saylı tam orta məktəblə yaxından tanış oldular. Məktəbin direktoru Vaqif Hüseynov media nümayəndələrinə bildirdi ki, təhsil ocağı Prezidentin sərəncamına əsasən tamamilə yenidən qurulmuşdur. 
Sentyabrın 15-də isə cənab Prezidentimiz İlham Əliyev məktəbdə olarkən, görülən işlərlə yaxından tanış olmuşdur. V.Hüseynov xüsusi qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyev də hələ 1997-ci il sentyabrın 1-də 18 saylı orta məktəbdə olmuş və bu gün o tarixi günləri əks etdirən fotostend şagirdlərin ən sevimli guşəsinə çevrilmişdir. O, məktəb haqqında ətraflı məlumat verərək bildirdi ki, bura beynəlmiləl təhsil ocağıdır. Məktəbdə həm Azərbaycan, həm də rus bölməsi fəaliyyət göstərir. Məktəblilərin 72 faizi Azərbaycan bölməsinin, 28 faizi isə rus bölməsinin payına düşür. Ümumilikdə məktəbdə 1650-dən çox şagird təhsil alır.
Media nümayəndələrinə təhsil ocağında görülmüş işlərlə bağlı geniş məlumat verərkən qeyd olundu ki, məktəbdə yeni laborotoriya otağı, müəllimlər otağı və akt zalı yaradılmışdır. Müasir tədris vasitələri ilə təmin edilmiş fizika, riyaziyyat və linqafon kabinetləri yenicə istifadəyə verilmişdir. Həmçinin bildirildi ki, tədris müəssisəsində payız-qış aylarında bədən tərbiyəsi dərsləri üçün nəzərdə tutulmuş idman zalı da şagirdlərin istifadəsinə verilib. Uzun illər linqafon otağı olmayan məktəbdə indi xarici dillləri yüksək səviyyədə tədris etmək üçün müasir linqafon kabineti istifadəyə verilmişdir. Sonra məktəbdə 3D texnologiyası vasitəsilə tədris prosesinin həyata keçirilməsi haqqında məlumat verən direktor jurnalistləri laborotoriya otağı ilə tanış etdi. Məktəbin biologiya müəlliməsi Lalə Xuramanova təhsildə 3D sisteminin səmərəsindən danışaraq bildirdi ki, kompyuter vasitəsilə keçilən dərs zamanı şagirdlər mövzunu teleekran vasitəsilə daha mükəmməl qavrayır və onlarda təsəvvür yaratmaq və zamana qənaət etmək üçün bu sistemin çox böyük üstünlükləri var . Vaqif müəllim isə öz növbəsində bildirdi ki, əgər təhsildə yeni texnologiya varsa və metodologiyaya uyğundursa, bu böyük inkişafın göstəricisidir. Yüksək və müasir texnologiyaların təhsilə tətbiqi daha yüksək və səmərəli təhsil sisteminin həyata keçirilməsi üçün geniş imkanlar açır.
Vaqif Hüseynov onu da açıqladı ki, məktəbin kitabxanası olsa da qiraət otağının olmaması müəyyən problemlər yaradırdı. İndi artıq bu problem də aradan qaldırılmış, yenidənquramadan sonra məktəbdə yeni qiraət otağı istifadəyə verilmişdir. Direktor onu da nəzərə çatdırdı ki, məktəbə 110 kompyuter və 8 noutbuk verilib. Bu kompyuterlərin də 45-i üç informatika otağında, hər otaqda 15 kompyuter olmaqla istifadə olunacaqdır.

{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında