Heydər Əliyev adına lisey yeni dərs ilini uğurla başa vurmaq əzmindədir

Bilik Gününü Azərbaycanın bütün məktəblərində olduğu kimi,Bakıdakı Heydər Əliyev liseyi də böyük təntənə ilə keçirdi. Həmin gün buraya ilk dəfə məktəbə ayaq basan birincilərlə yanaşı, məktəbin digər siniflərinin şagirdləri,valideynlər toplaşmışdılar.
Məktəbin direktoru Fikrət Xəlilov şagirdləri və valideynləri yeni dərs ili münasibəti ilə təbrik etdi. Sonra məktəbin ötən illərdə qazandığı nailiyyətlərdən danışdı. Dedi ki, ümummilli liderin adının məktəbimizə verilməsi bizim üçün çox böyük məsuliyyətdir. Kollektivimiz bu məsuliyyəti yaxşı dərk edir və çalışırıq ki, həmişə ön sıralarda olaq. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı olan hörmətli Prezidentimiz İlham Əliyev ölkəmizin sürətli inkişafını təmin etmiş, bütün sahələrdə olduğu kimi, təhsildə də böyük uğurlar qazanılmışdır. Məhz İlham Əliyevin hakimiyyətdə olduğu son illər təkcə təhsillə bağlı 20-dən cox Dövlət Proqramı qəbul olunmuşdur ki, bunların da əksəriyyəti ümumtəhsil məktəblərinin təkmilləşməsi ilə bağlıdır. Müasir təhsil konsepsiyasının həyata keçirilməsi üçün bütün imkanlar səfərbər edilmişdir.
Fikrət müəllim bildirdi ki, bu il liseyin 59 sinfində 1600-dən çox şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 103 nəfər müəllim və pedaqoji işçi məşğul olacaq. Liseyin müəllimlərindən 5 nəfəri elmlər namizədi, 5 nəfəri respublikanın əməkdar müəllimidir. 2008-ci ildən məktəbimiz respublika Prezidentinin sərəncamı ilə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Eyni zamanda, müəllimlərimiz də Prezident sərəncamı ilə keçirilən "Ən yaxşı müəllim" müsabiqələrində fərqlənmişlər. Belə ki, 2009-cu ildə 4 nəfər, 2010-cu ildə 2 nəfər, 2011-ci ildə isə 2 nəfər müsabiqədə qalib olmuşdur. Liseyin şagirdləri davamlı olaraq fənn olimpiadalarının respublika turunda uğurla çıxış etmişlər. Üç ildə şagirdlərimizin 5 nəfəri 1-ci yer, 1 nəfəri 2-ci yer, 3 nəfəri 3 - cü yer, 4 nəfəri isə fərqləndirici 4-cü yerə layiq görülmüşlər.
Sonra Fikrət müəllim ali və orta ixtisas məktəblərinə qəbulla bağlı məlumat verdi. O qeyd etdi ki, TQDK -nın elmi - statistik məlumatına görə, son üç ildə liseyin məzunlarının ali məktəblərə qəbulunun nəticəsi respublika və Təhsil Nazirliyinə tabe olan ən yaxşı nəticə göstərmiş məktəblər sırasında olmuşdur.
Bu il ali məktəblərə qəbulun nəticələrinə görə məzunlarımızın 6 nəfəri 600-dən yuxarı, 22 nəfəri 500-600 arası bal toplamışlar. Ümumiyyətlə, bu il ali məktəblərə qəbul olanların sayı 95 nəfər olmuşdur. Xarici ölkə universitetlərinə isə 11 nəfər şagirdimiz qəbul olunmuşdur.
Fikrət müəllim bu il məktəbə daxil olmuş birincilərin sayını da açıqladı. O bildirdi ki, 170 nəfər 1-ci sinif şagirdi 6 sinifdə təhsil alacaq.
Sonra Xətai Rayon İcra Hakimiyyətinin rəhbər nümayəndələri, valideynlər çıxış edərək müəllimlərə və şagirdlərə yeni dərs ilində uğurlar arzuladılar.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında