Şərurun Dərəkənd kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərəkənd kəndində avtomobil yolunun, tam orta məktəb binasının, kənd mərkəzinin açılışı olmuş, subartezian quyusu istifadəyə verilmişdir. 
Açılışlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak etmişdir.
Muxtar respublikada infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olan yolun açılış mərasimində çıxış edən kənd sakini Vəzir Əmoyev onlar üçün yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, yolun uzunluğu 2,5 kilometr, yol yatağının eni 9, asfalt örtüklü ikizolaqlı hərəkət hissəsinin eni isə 7,2 metrdir. Yenidənqurma işləri aparılarkən yolboyu 23 yerdə suötürücü qoyulmuş, yol xətlənmiş və hərəkət qaydalarına uyğun işarələnmişdir.
Dərəkənd tam orta məktəbinin yeni binası da istifadəyə verilmişdir.
Məktəbin müəllimi Firuzə Qasımova göstərilən dövlət qayğısına əməli işləri ilə cavab verəcəklərini demiş, yaradılan yüksək təhsil şəraitindən düzgün istifadə edərək vətənpərvər və bilikli gənclər yetişdirəcəklərini diqqətə çatdırmışdır.
Ali Məclisin sədri yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagird kollektivini təbrik etmiş, onlara tədrisdə uğurlar arzulamışdır. O, ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğı göstərildiyini, ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyini vurğulamışdır. V.Talıbov demişdir ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu təhsil strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur.
Bildirilmişdir ki, 216 şagird yerlik yeni məktəbdə üçü elektron lövhəli olmaqla 12 sinif otağı, kompyuter kabineti, 6 min 500-dən yuxarı kitab fondu olan kitabxana, kimya-biologiya və fizika laboratoriyaları, idman zalı vardır.
Dərəkənddə yeni kənd mərkəzinin açılışında kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Bəxtiyar Əliyev göstərilən dövlət qayğısına görə sakinlər adından minnətdarlıq etmişdir.
Ali Məclisin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş və bina ilə tanış olmuşdur.
İki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, rabitə evi, polis və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, kənd mədəniyyət evi və 64 yerlik zal yerləşir. Mərkəzdəki iş otaqları mebel dəstləri və avadanlıqla təchiz olunmuşdur.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında