Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında "Bilik Günü" qeyd olunmuşdur

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 15 sentyabr - "Bilik Günü"nə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. 
MTN-in ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə əlaçı kursantlar dövlət bayrağını qaldırmış və dövlət himni səsləndirilmişdir.
Akademiyanın rəisinin birinci müavini, general-mayor Şahin Sultanov yeni tədris ilinin başlanması münasibətilə professor-müəllim heyətini, dinləyiciləri və kursantları təbrik edərək onlara uğurlar arzulamışdır. Müstəqillik illərində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən və təhsilə göstərilən dövlət qayğısından danışan Ş.Sultanov ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin layiqli davamçısı Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımları xüsusi qeyd etmişdir. Gündən-günə inkişaf edən, qüdrətlənən, nüfuzu artan və söz sahibi olan ölkəmizin son illər beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, idman və sair tədbirlərə ev sahibliyi etməsi sadalanan nailiyyətləri daha da zənginləşdirir.
Ş.Sultanov ölkə üzrə qazanılan uğurların Milli Təhlükəsizlik Nazirliyi və onun Heydər Əliyev adına Akademiyasından da yan keçmədiyini bildirmişdir. Bu mötəbər ali təhsil ocağının tədris bazası son illər daha da möhkəmlənmiş, təhsil prosesində müasir dünya standartları geniş tətbiq olunmuş, əməkdaşların sosial vəziyyəti və xidmət şəraiti xeyli yaxşılaşdırılmışdır. Bolonya prosesinə qoşulan Azərbaycanda bu gün təhsil sistemi Qərb standartlarına uyğunlaşdırılmışdır, Akademiya da bu proseslərdən kənarda qalmamışdır. Akademiyanın tarixində ən əlamətdar gün Prezident İlham Əliyevin məlum Fərmanı ilə bu təhsil ocağına ümummilli lider Heydər Əliyevin adının verilməsidir. Burada bütün işlər ulu öndərin adına layiq qurulmuşdur.
Kursantlara daim yüksək nizam-intizam, nümunəvi davranış nümayiş etdirməyi, təhsilə məsuliyyətlə yanaşmağı, Vətənə, xalqa, dövlətə sədaqətli olmağı tövsiyə edən Ş.Sultanov bildirmişdir ki, həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin ömür yolu hamı üçün bir örnək, həyat məktəbi olmalıdır. Müasir tələblərə cavab verən, hərtərəfli hazırlıqlı zabit kimi yetişmək üçün ulu öndərin azərbaycançılıq irsini mənimsəmək hər bir kursantın vətəndaşlıq borcudur.
General-mayor Ş.Sultanov bu xüsusi təyinatlı ali təhsil müəssisəsində yaradılmış yüksək şəraitə, daimi diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə Akademiyanın şəxsi heyəti adından dərin minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda kursantlar təntənəli marşla tribunanın önündən keçərək biliklərə yiyələnmək üçün auditoriyalara yollanmış və Akademiyada yeni tədris ili başlanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında