Nəsimi rayonunda yeni dərs ili başlandı

Nəsimi rayonunda 2006-2012-ci illərdə genişmiqyaslıyenidənqurma və abadlıq işləri həyata keçirilmişdir. Rayon ərazisində yeni parklar, xiyabanlar salınmış, idman meydançaları quraşdırılmış, müxtəlif sosial obyektlərin inşası və əsaslı təmiri həyata keçirilmişdir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası Nəsimi rayonunda bütün istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də uğurla davam etdirilir.
Qeyd edək ki, son illərdə rayondakı 29 tam orta məktəbin 18-də əsaslı təmir aparılmış, 13 məktəbdə isə əlavə korpuslar tikilmişdir.
Proqramın icrası ilə bağlı cari ildə rayondakı 1, 5, 14, 111 saylı tam orta məktəblərdə, 45, 74, 92 saylı körpələr evi - uşaq bağçalarında əsaslı təmir işləri görülmüşdür. Hazırda 72 və 76 saylı körpələr evi - uşaq bağçalarında əsaslı təmir işləri davam etdirilir. Eyni zamanda, 1 və 5 saylı orta məktəblərdə müvafiq olaraq 10 və 20 sinif otağı olmaqla əlavə korpusların inşasına başlanılıb.
Yeni dərs ilinin ilk günü rayonda əsaslı təmir işlərinin başa çatdığı 5, 14 və 111 saylı orta məktəblərdə təntənəli mərasimlər keçirilmişdir.
Həmin tədbirlərdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış edərək məktəblərin pedaqoji kollektivlərini və şagirdləri yeni dərs ilinin başlanılması ilə əlaqədar təbrik etmiş və onlara uğurlar arzulamışdır. O bildirmişdir ki, əsası ümummillli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasət hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu böyük inkişaf bütün sahələrdə olduğu kimi, təhsildə də özünü bariz şəkildə nümayiş etdirir. Milli təhsilimizin inkişafında, ölkəmizdə yeni təhsil müəssisələrinin inşası və bərpasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır.
Müasir, güclü maddi-texniki bazaya malik təhsil sistemi olmayan ölkənin sürətli inkişafından və gücündən danışmaq yersizdir. Təhsilimizin böyük uğurları və əldə edilən nailiyyətlər ölkəmizdə bu sahənin nə qədər diqqət və qayğı ilə əhatə olunduğunu nümayiş etdirir. Doğrudan da təhsil hazırda Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir.
N.Məhəməliyev bildirdi ki, 2011-2012-ci tədris ilində Nəsimi rayonunda təhsil sahəsində uğurlar qazanılıb. Belə ki, 14, 16, 266 saylı məktəblər "İlin ən yaxşı məktəbi", 13 müəllim isə "İlin ən yaxşı müəllimi" müsabiqələrinin qalibi olmuşlar. 6 nəfər məktəbi qızıl medalla bitirmişdir. Bu il rayonun ümumtəhsil məktəblərini bitirmiş məzunların 1227-si ali məktəblərə qəbul olunmuş, onlardan 49-u yüksək bal toplamışdır.
Yeni dərs ilinin başlanması ilə əlaqədar Nəsimi rayonunda keçirilmiş tədbirlərdə Milli Məclisin deputatı Ziyad Səmədzadə iştirak etmişdir.

{nl}


Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında