Yeni dərs ilinə müasir məktəblərdə başladılar

Sentyabrın 15-də yeni dərs ilinin başlanması Xətai rayonunun 15-dən yuxarı məktəbi üçün ikiqat bayrama çevrildi. 25, 88, 95 və daha 12 məktəb dövlət proqramına uyğun olaraq əsaslı təmirdən sonra qapılarını şagirdlərin üzünə müasir əyani vasitələrlə təmin olunmuş, zövqlə bəzədilmiş, yaraşıqlı və tam yeni görkəmdə açdı.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun yeni dərs ilinin başlaması münasibətilə görüşü də elə onlardan birindən - 95 saylı 1856 nəfərlik orta məktəbdən başladı. Bu münasibətlə məktəbin qarşısında toplaşan şagirdləri, müəllimləri və valideynləri ilk olaraq təbrik edən orta məktəbin direktoru Tahir Süleymanov məktəbin əsaslı təmirində zəhməti olan bütün işçilərə minnətdarlığını bildirdi və qeyd etdi ki, bütün respublika ərazisində təhsil, təlim-tərbiyə ocaqlarının əsaslı təmiri və onlar üçün yeni binaların tikintisi dövlətin təhsilə qayğısının bariz göstəricilərindən biridir. Bununla belə, dövlətin bu qayğısına bizim cavabımız müstəqilliyimizin inkişafına xidmət edəcək yüksək təhsilli layiqli gəhc nəsil yetişdirməkdir.
Toplantıda çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, bu bayram tarixçəsinin ən şirin xatirəsi bugünki birincilərin qismətinə düşüb. Onlar dövlətimizin qayğısı sayəsində ən müasir səviyyədə əsaslı təmir olunmuş gözəl və yaraşıqlı bir məktəbə qədəm qoyurlar.
Natiq həmçinin qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlər və dövlətimizin bu sahəyə xüsusi qayğısı öz bəhrəsini verməkdədir. Məhz bunun sayəsində respublikanın bütün bölgələri kimi, Xətai rayonunda da ildən-ilə təhsilin keyfiyyəti yüksəlmiş, ali məktəblərə qəbulda rayonumuz ölkədə birincilər sırasına çıxmışdır.
R.Məmmədov 2011-2012-ci tədris ilinin yekunlarına toxunaraq göstərdi ki, rayonumuzda təhsilini başa vuran 2931 şagirdimizdən 2596 nəfəri ali mıəktəblərə qəbul üçün sənəd vermiş və 1581 nəfəri və ya 60, 9 faizi yüksək nəticə göstərərək ali məktəbə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunan məzunlarımızın 203 nəfəri 500-600, 67 nəfəri 600 - 650, 27 nəfəri isə 650 - 700 bala qədər nəticə göstərmişdir. Xətai rayonu üzrə ali məktəblərə qəbul 60,9 faiz olduğu halda, Bakı şəhəri üzrə bu rəqəm 51, 83 faiz təşkil etmişdir.
Doğrudur, bunlar uğurlu göstəricilərdir. Ancaq dövlətin təhsilə olan diqqəti, ildən-ilə bu sahəyə artan qayğısı, bu gün təkcə Xətai rayonunda 15 məktəbin tam əsaslı təmirdən sonra istifadəyə verilməsi və məktəblərin yeniləşməsi prosesinin davam etməsi müəllim kollektivini və şagirdlərimizi daha səylə çalışmağa, təhsildə yüksək uğurlar qazanmağa sövq etməlidir. Biz dövlətin qayğısına məhz bu cür cavab verməliyik.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri, professor Hüseynbala Mirələmov müəllimlərin yüksək hazırlıqlı olmasının, şagirdlərin təhsilə ciddi yanaşmasının vətəndaşlıq borcu olduğunu bildirərək, bu borcu sədaqətlə yerinə yetirməyə cağırdı:
- Bizim ölkənin sürətli iqtisadi inkişafının davamlı olması üçün intellektual potensialımız güclü olmalıdır. O potensial burada, hörmətli Prezidentimizin prioritet istiqamətlərdən biri kimi daim diqqətdə saxladığı məktəblərdə formalaşıb inkişaf edir. Bunun üçün dövlət başçısının yaratdığı şərait, sözün əsl mənasında, yüksək alqışa layiqdir.
Sonra Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və Milli Məclisin deputatı Hüseynbala Mirələmov 25 və 88 saylı orta məktəblərə gedib burada başa çatdırılan əsaslı təmir işlərinin keyfiyyəti ilə tanış oldular və orta təhsil ocaqlarının müəllim və şagird kollektivini yeni dərs ilinin başlaması münasibəti ilə təbrik edib, onlara uğurlar arzuladılar.

{nl}

İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında