Yeni dərs ilinin sevincləri

Artıq neçə ildir ki, 15 sentyabr ölkəmizdə "Bilik Günü" kimi qeyd edilir. Bütün məktəblilər bu günü məktəb həyəcanı, məktəb sevinci ilə yaşayır. Xüsusilə, I sinfə gedən uşaqların, valideynlərinin sevincinin həddi-hüdudu olmur.
Bu gün bütün məktəblərdə olduğu kimi, Sabunçu rayonu 108 nömrəli tam orta məktəbində də unudulmaz günlərdən biridir. Tədbir Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə açıldı. Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Aftandil Hüseyinzadə mərasimi açaraq pedaqoji kollektivi, müəllim, şagird və valideyinləri "Bilik Günü" münasibətilə təbrik etdi, yeni dərs ilində hamıya müvəffəqiyyətlər arzuladı.
Məktəbin direktoru Narınc Mehdiyeva ötən il təhsil sahəsində əldə olunan uğurlardan danışdı. Bildirdi ki, 2011-2012-ci tədris ili pedaqoji kollektiv üçün uğurlu olmuşdur. İlk növbədə bu il məktəbimizin 9 məzunu öz müəllimlərinə başucalığı gətirərək, Bakıdakı müxtəlif dövlət ali təhsil ocaqlarına daxil olublar. Müvəffəqiyyət faizi 64 olmaqla Sabunçu rayonu üzrə II , Maştağa qəsəbəsi məktəbləri arasında I yerə yüksəlmişdir. Bir şagirdimiz 600 -a yaxın bal toplayaraq Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən noutbukla mükafatlandırılmışdır.
Məktəbin 10-cu sinif şagirdi Tubu Əliyeva iyun ayında ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Təhsil Mübadiləsi Proqramı çərçivəsində bu ölkədə konfransda iştirak etmiş, üç nominasiyada qalib olmuşdur. Kollektivin əldə etdiyi uğurların nəticəsidir ki, məktəbdə bu il birinci sinifdə oxumaq istəyənlərin sayı artır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin Sabunçu-Xəzər bölməsinin müdiri Alı Məmmədov çıxışında məktəbin əldə etdiyi uğurlara görə, kollektivi təbrik etdi, onlara yeni dərs ilində uğurlar arzuladı.
Məktəbin məzunu, Mədəniyyət və İncəsənət Universitetinin doktorantı Kamilə Mehdiyeva qazandağı uğurlara görə, ilk növbədə pedaqoji kollektivə minnətdarlığını bildirdi.
Sonda 108 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəhilə Hüseynovanın təşkilatçılığı ilə hazırlanan bədii proqram təqdim edildi. Birinci sinif şagirdlərinin söylədikləri şeirlər, ikinci sinif şagirdləri Əsgər Əsgərov və Şükran Hüseynovanın hazırladıqları rəqs nümunəsi hamını heyran etdi.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında