Bakının Xəzər rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə daha bir təhsil ocağı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir

Sentyabrın 13-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş və yenidən qurulmuş 8 nömrəli sanatoriya tipli internat məktəbi istifadəyə verilmişdir. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva iştirak etmişdir.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu. Azərbaycanın birinci xanımı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Məktəbdə yaradılan şəraitlə tanış olan birinci xanıma məlumat verildi ki, bu təhsil ocağı 1962-ci ildən fəaliyyət göstərir. İndiyədək məktəbin binasında əsaslı təmir işləri aparılmamışdı. Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində internat məktəbinin binasının təmirinə bu ilin martında başlanılmışdır. Ümumi sahəsi dörd hektar olan və 290 şagird yerlik sanatoriya tipli internat məktəbi iki hissədən - tədris korpusu və yataqxanadan ibarətdir. İkimərtəbəli tədris korpusunda xüsusi avadanlıqla təchiz olunmuş linqafon, fizika, kimya, hərbi vətənpərvərlik, əmək, kompyuter otaqları və müxtəlif fənn kabinetləri fəaliyyət göstərir. Burada həmçinin idman zalı, kitabxana, həkim otağı, 160 nəfərlik akt zalı vardır.
Məktəbin həyətində 200 tamaşaçı yeri olan stadion da inşa edilmişdir. Stadionda uşaqlar idmanın müxtəlif növləri - basketbol, futbol, voleybol, tennis ilə məşğul ola biləcəklər.
Məktəbin ayrıca su anbarı vardır. Binada təhlükəsizlik kameraları quraşdırılmışdır.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yataqxana korpusu ilə də tanış oldu. Üçmərtəbəli binada geniş və işıqlı yeməkxana, yuxarı mərtəbələrdə isə 10 yataq, 18 istirahət, kompyuter otaqları, həmçinin həkim kabineti vardır. Bu təhsil ocağında valideynlər üçün də xüsusi guşə ayrılmışdır. Həmin guşədə onların istirahəti və gecələməsi üçün də şərait yaradılmışdır.
Azərbaycanın birinci xanımı görülmüş işlərdən razılığını bildirdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında