Tələbə adınız mübarək!

Ali və orta ixtisas məkətəblərinə builki qəbul zamanı tələbə adı qazanmış füzulili gənclərlə doğma rayonda keçirilən görüşdə bu məsul təhsil yarışmasının qalibləri təbrik edildi, onlara mükafatlar verildi.
Füzuli Rayon İcra Hakimiyyətində keçirilən mərasimdə Təhsil Şöbəsinin müdiri Almaz Həşimova 2012-2013-cü dərs ilinin başlıca yekunları və respublikanın ali və orta ixtisas məktəblərinə daxil olmuş rayon məktəbləri məzunları barədə məlumat verdi. O, bildirdi ki, dərs ilində rayon üzrə XI sinıfi 682 şagird bitirib. Onlardan 405 nəfəri ali məktəbə qəbul üçün sənəd vermişdi. Artıq 204 nəfər ali təhsil müəssisələrinə, 112 nəfər isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Ali məktəblərə qəbul olanlardan 12 nəfəri 500-600 bal arasında, 3 nəfəri isə 600-dən yuxarı bal toplamışlar.
Onların 22 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinə, 18-i Bakı Dövlət Universitetinə, 16-sı Sumqayıt Dövlət Universitetinə, 15-i Azərbaycan Dövlət Pedaqoji Universitetinə, 13-ü Azərbaycan Dillər Universitetinə, 11-i Gəncə Dövlət Pedaqoji Universitetinə, 10-u Azərbaycan Texniki Universitetinə (Gəncə şəhəri), 3-ü Azərbaycan Respublikası Prezidenti Yanında İdarəçilik Akademiyasına və başqa ali məktəblərə qəbul olmuşdur. Xarici ölkələrin ali məktəblərinə isə məzunlardan 16 nəfəri qəbul olmuşdur. Rayonun 48, 2, 30, 1, 36, 45, 10, 50 nömrəli və Qayıdış qəsəbə 8 nömrəli orta məktəblərinin göstəriciləri daha yüksək olmuşdur. Bu irəliləyişin əldə edilməsi əvvəlki illərlə müqayisədə təhsil sahəsinə rayon rəhbərliyinin qayğı və tələbkarlığının artmasının nəticəsidir.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bu il tələbə adı qazanmış məzunları rayonun rəhbər qurumları və ictimaiyyət adından səmimi təbrik etdi, onlara seçdikləri ixtisaslar üzrə kamil mütəxəssislər olub, ölkəmizin tərəqqisində fəal iştirak etməyi arzuladı. Başçı bildirdi ki, bütün ölkəmizdə olduğu kimi, Füzuli rayonunda da yüksək bilikli məktəblilərin ildən-ilə çoxalması ulu öndər Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirmiş olduğu əsaslı islahatdan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu sahənin uğurlarını daim himayə etməsindən qaynaqlanır. Cəbhə bölgəsində məskunlaşmış və böyük hissəsi məcburi köçkünlük şəraitində yaşayan Füzuli gənclərinin son 2 ildəki yüksək təhsil uğurlarını artırmaq üçün rayon rəhbərliyi pedaqoji kollektivlərə bundan sonra da hər cür kömək göstərəcək.
Görüşdə çıxış edən Qayıdış qəsəbə 8 nömrəli orta məktəbin direktoru Gülnaz Kərimova, 1 nömrəli orta məktəbin direktoru Şərafət Hacıyeva və 1 nömrəli orta məktəbin direktoru Rafiq Səfərov da məzunları təbrik etdilər, növbəti ildə daha yaxşı nəticələr əldə etməyə çalışacaqlarını bildirdilər.
Tələbə adını 600-dən yuxarı bal toplamaqla qazanmış Emin Pənahlı, Yusif Mehdizadə və Şəhla Qurbanova qazandıqları uğurda böyük zəhməti olmuş müəllimlərinə yaşıdları adından təşəkkürlərini çatdırdılar, ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək qayğı və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Sonda tələbələrə rayon rəhbərliyinin hədiyyələri təqdim olundu.

{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında