NATO-nun baş katibi Azərbaycan Diplomatik Akademiyasında olmuşdur

NATO-nun baş katibi Anders Foq Rasmussen ölkəmizə rəsmi səfəri çərçivəsində sentyabrın 7-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) olmuşdur.
Azərbaycanın xarici işlər nazirinin müavini, akademiyanın rektoru Hafiz Paşayev ali təhsil ocağının fəaliyyəti və beynəlxalq əlaqələri barədə qonağa məlumat vermişdir.
Sonra NATO-nun baş katibi ADA-nın müəllim və tələbə heyəti ilə görüşmüşdür.
Hörmətli qonağı akademiyada görməkdən məmnun olduqlarını bildirən ADA-nın rektoru Hafiz Paşayev vurğulamışdır ki, 2012-2013-cü illər təhsil ocağının təqvimində "qlobal perspektiv məruzələr seriyası" kimi qeyd olunmuşdur.
Azərbaycan-NATO əlaqələrindən danışan Hafiz Paşayev 1994-cü ildə ölkəmizin "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulduğunu qeyd etmiş, həmçinin 1999-cu il NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündə ümummilli lider Heydər Əliyevin çıxış etdiyini xatırlatmışdır.
Azərbaycanın NATO ilə bir çox sahələrdə uğurlu əməkdaşlıq etdiyini deyən rektor xüsusilə Alyansın ölkəmizin hərbi qüvvələrinin təkmilləşdirilməsi istiqamətində gördüyü işlərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirmişdir.
Hafiz Paşayev vurğulamışdır ki, baş katibin ölkəmizə səfəri NATO ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcəkdir.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən NATO-nun baş katibi ADA-nın uğurlarının bundan sonra da artacağına əminliyini bildirmişdir.
Azərbaycanın-NATO əməkdaşlığının daha da genişləndirilməsi üçün mühüm addımların atıldığını vurğulayan baş katib ölkəmizin Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirmişdir.
NATO-nun Azərbaycan ilə əməkdaşlıq perspektivlərini hər zaman diqqətdə saxladığını bildirən Anders Foq Rasmussen ölkəmizi Alyansın Əfqanıstanda etibarlı tərəfdaşı adlandırmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan baş katib qeyd etmişdir ki, məsələnin nizamlanması yalnız sülh yolu ilə, ATƏT-in Minsk qrupu çərçivəsində öz həllini tapmalıdır.
NATO-nun baş katibi tələbələrin suallarını cavablandırmışdır.
Sonda qonağa xatirə hədiyyələri təqdim olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında