Moskva Dövlət Universitetinin Bakı filialında bu ali məktəbə daxil olan tələbələrlə görüş

Avqustun 14-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında bu ali məktəbə daxil olan tələbələrlə görüş keçirilmişdir.
Tədbirdə universitetin rektoru Nərgiz Paşayeva MDU-nun Bakı filialının tələbəsi adını qazanmış abituriyentləri təbrik edərək bildirmişdir ki, 2012-ci il universitetin həyatında xüsusi il olmuşdur. O demişdir: "Bu il 2008-ci ildə fəaliyyətə başlayan MDU-nun Bakı filialının ilk buraxılışı olmuşdur. Universitetdə yeni fakültə - iqtisadiyyat fakültəsi açılmış, habelə növbəti qəbul aparılmışdır. Onun nəticələrinə əsasən abituriyentlər dünyanın ən yaxşı ali məktəblərindən birinin tələbələri olmuşlar".
İmtahanları Moskvadan gələn xüsusi qəbul komissiyasının götürdüyü barədə məlumat verən rektor vurğulamışdır: "Komissiya qərəzsiz işləmişdir, imtahanların nəticələri obyektivdir".
Tələbələri yaxşı oxumağa, öz üzərində çalışmağa dəvət edən N.Paşayeva demişdir: "Yaxşı təhsil almaq üçün burada hər cür şərait yaradılmışdır. Universitetdə yüksək ixtisaslı moskvalı müəllimlər dərs deyirlər. Onlar sizə bilik vermək, peşəkar mütəxəssis olmağınıza kömək etmək üçün Bakıya gəlirlər".
N.Paşayeva daha sonra demişdir: "MDU-nun Bakı filialı biliklərdən başqa dostluq və qarşılıqlı anlaşma da bəxş edir. Müxtəlif fikir ayrılıqlarının, toqquşmaların çox olduğu müasir dünyada insanları birləşdirməyə elm və mədəniyyət qadirdir. Ümidvaram ki, universitetin bu missiyasını həmişə xatırlayacaq və həyata keçirəcəksiniz. Yadda saxlayacaqsınız ki, MDU-nun Bakı filialı Azərbaycan və Rusiya alimlərinin dostluq və əməkdaşlığının təcəssümüdür".
Rektor onu da bildirmişdir ki, tələbələr təkcə universitetin indiki korpusunda deyil, həm də yeni kampusda məşğul olacaqlar. İnşası artıq başa çatmış yeni binanın tezliklə açılışı olacaqdır.
Qəbul komissiyasının məsul katibi Aleksey Popov bildirmişdir ki, bu il MDU-nun Bakı filialına 106 abituriyent daxil olmuşdur. Ali məktəbə 289 nəfərin ərizə verdiyi barədə məlumat verən A.Popov demişdir: "Qəbul planı 125 yer təşkil edirdi. Filiala Bakıdan başqa, Azərbaycanın 23 rayon və şəhərindən 49 nəfər də ərizə vermişdir. Onlardan 18-i ali məktəbə daxil olmuşdur. Bundan əlavə, filiala Rusiya Federasiyasının Komi Respublikasının Usinsk şəhərindən bir nəfər daxil olmuşdur".
Bir yerə 6,4 ərizənin verildiyi rus filologiyası bölməsində də yüksək rəqabət müşahidə olunmuşdur. Yenicə açılan iqtisadiyyat fakültəsi abituriyentlərdə böyük maraq doğurmuşdur. Belə ki, 25 yerə 93 ərizə verilmişdir. Psixologiya və kimya fakültələrində müsabiqə olmamışdır. Komissiya üzvləri bildirmişlər ki, abituriyentlərin çoxunun rus dili bilikləri yüksək səviyyədə olmuşdur. 106 abituriyentdən 102-si orta məktəbi rus dilində, 4 nəfəri isə Azərbaycan dilində bitirmişdir. Ən yüksək keçid balı fransız filologiyası üzrə imtahanlarda qeydə alınmışdır: 161 bal.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında