Koreyanın Azərbaycandakı səfiri Bakı Dövlət Universitetində olmuşdur

Avqustun 10-da Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Koreyanın Azərbaycandakı səfiri Li Ci-Han ilə görüşmüşdür.
Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən bildirmişlər ki, görüşdə akademik A.Məhərrəmov BDU-nun fəaliyyəti, beynəlxalq əlaqələri, proqram və qrant layihələrində iştirakı barədə danışmışdır.
Azərbaycan-Koreya əlaqələrinin əhəmiyyətini vurğulayan rektor 2007-ci ildən universitetdə Koreya dili və ədəbiyyatı ixtisasının tədris olunduğunu diqqətə çatdırmışdır. Həmin ixtisasda 38 tələbənin təhsil aldığını xatırladan akademik A.Məhərrəmov onlardan 8 nəfərinin bu il məzun olduğunu söyləmişdir. O qeyd etmişdir ki, məzunlardan 3-ü Koreya universitetlərinin magistratura şöbələrinə daxil olmuşdur.
Təhsil sahəsində əməkdaşlıq barədə danışan səfir Li Ci- Han bildirmişdir ki, Azərbaycanda 26 koreyalı, öz ölkəsində isə 76 azərbaycanlı gənc təhsil alır.
Sonra qonaq Bakı Dövlət Universitetinin tədris şəraiti ilə tanış olmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında