"Elm haqqında" qanun qəbul olunacaq

Bu barədə Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib

{nl}


Azərbaycanda demokratik proseslərin inkişafına böyük önəm verilməsi qəbul olunan qanunlarda da özünü büruzə verir. Ölkəmizin beynəlxalq konvensiyalara qoşulması və qəbul edilmiş qanunların dünya standartlarına uyğunlaşdırılması tanınmış ekspertlər və ictimai - siyasi xadimlər tərəfindən də dəyərləndirilir. Respublikamız digər sahələrdə olduğu kimi, demokratik dəyərlərə malik qanunvericilik bazası hazırlamaqda da artıq zəngin təcrübəyə malikdir.
Azərbaycanda ayrı - ayrı sahələrin inkişafı və buradakı fəaliyyətin tənzimlənməsi üçün müvafiq qanunlar qəbul edilir."Elm haqqında" qanunun qəbul olunması da məhz elmin və elm sahələrinin inkişafı məqsədini daşıyır.
Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev "Elm haqqında" qanun qəbul olunacağı barədə məlumat verərkən dedi ki, artıq qanun layihəsi hazırdır və bu əhəmiyyətli sənəd parlamentin rəhbərliyinə təqdim olunub. Komitə sədri dedi ki, "Elm haqqında" Azərbaycan Respublikasının qanun layihəsinin ilk variantını birinci oxunuş üçün hazırlamışıq. Qanun layihəsinə bu ilin sentyabrında komitənin iclaslarında yenidən baxılacaq, geniş müzakirə olunacaq, sonra isə Milli Məclisin plenar iclasına tövsiyə olunacaq.
Ş.Hacıyev dedi ki, "Elm haqqında" qanunun qəbul olunması çox vacubdir. Bu, strateji əhəmiyyət kəsb edən bir qanundur. Hazırda ölkəmizin belə sürətli inkişaf meyllərinin olduğu bir şəraitdə bu sənəd böyük əhəmiyyət kəsb edir. Komitə sədri bildirdi ki, bu qanun layihəsi hazırlanarkən inkişaf etmiş dövlətlərin qabaqcıl təcrübəsi ilə yaxından tanış olunmuş və bu sahədəki qanunvericilik bazası hərtərəfli nəzərdən keçirilmişdir. S.Hacıyev dedi: "Bunu mütləq nəzərə almaq lazımdır ki,qanun layihəsi ilk dəfədir ki, hazırlanır. Bu, ölkəmiz üçün yenilikdir. Hesab edirəm ki, bu sənəd nəinki elm sahəsində mövcud olan bütün münasibətlərin qanun müstəvisində tənzimlənməsinə imkan yaradacaq, eləcə də bu sahədə mövcud olan qanun boşluğunu və elmin gələcəkdə inkişaf etməsi üçün tələb olunan normativ hüquqi bazasının yaradılmasını təmin edəcəkdir"
Komitə sədri vurğuladı ki, qanun layihəsi universitetlərin elmi fəaliyyətini yeni mərhələyə keçirəcək. Onun sözlərinə görə, bu gün alimlərin böyük əksəriyyəti universitetlərdə çalışır. Əlbəttə, bu, böyük potensialdır. Ancaq təəssüf ki, bu günədək ondan az istifadə etmişik. Ş.Hacıyevin qənaətinə görə, "Elm haqqında" qanun layihəsi hazırlanarkən bu məsələlər nəzərə alınıb.
Elmi fəaliyyətlə məşğul olan gənc kadrların həvəsləndirilməsi də qanun layihəsində öz əksini tapıb. Belə ki, onlara müəyyən üstünlüklər və güzəştlər verilməsi nəzərdə tutulub.
Qeyd olundu ki, qanun layihəsi ictimaiyyətin geniş müzakirəsinə veriləcək, təklif və rəylər diqqətlə nəzərdən keçiriləcək və beynəlxalq standatlara cavab verən qanun hazırlanacaq.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında