Azərbaycanlıların soyqırımına həsr edilmiş konfrans

Lənkəran Dövlət Universitetində 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar konfrans keçirilmişdir.
Konfransı universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq, erməni millətçilərinin əsrlər boyu əsassız torpaq iddialarından, bu mənfur niyyətlərinə çatmaq naminə törətdikləri qanlı soyqırımı siyasətindən danışmışdır.
Universitetin humanitar və pedaqoji elmlər fakültəsinin dekanı, tarix elmləri namizədi Rakif İbadov "Azərbaycanlıların soyqırımı - əsrlərin faciəsidir" mövzusunda məruzə etmişdir. O bildirmişdir ki, mart soyqırımı erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı planlı və düşünülmüş şəkildə apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.
Lənkəran Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, universitetin dil və ədəbiyyat kafedrasının dosenti, filologiya elmləri namizədi Mirhüseyn Abbas, pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Afiq Əliyev, fiziki tərbiyə və mülki müdafiə kafedrasının müəllimi, Qarabağ veteranı Arif Məmmədov, tələbə-gənclər təşkilatının sədri Anar Rəhimov və başqaları çıxışlarında ermənilərin törətdikləri vəhşiliklərdən söz açmış və qeyd etmişlər ki, xalqımızın başına gətirilən müsibətlərə biganə qalmamalı, haqq səsimizi ucaltmalıyıq.
Sonra tələbələrin iştirakı ilə faciə qurbanlarına həsr edilmiş bədii kompozisiya göstərilmişdir.
Konfransda dünya parlamentlərinə, Azərbaycan və türk diaspor təşkilatlarına, xaricdə yaşayan soydaşlarımıza ünvanlanmış müraciətdə dünyanın bütün sülhsevər insanlarından 1918-ci il mart hadisələri zamanı ermənilərin etnik təmizləmə siyasətinə obyektiv qiymət vermələri xahiş olunur.
Tədbirdə həmçinin azərbaycanlıların soyqırımını əks etdirən kitab sərgisi, fotostendlər nümayiş etdirilmişidr. Qeyd edək ki, həmin gün universitetdə ilk dərslər azərbaycanlıların soyqırımına həsr edilmişdir.

{nl}

İ.ƏMƏNULLAYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında