Elmar QASIMOV: "Bakı Ali Neft Məktəbinin məzunlarına iki diplom veriləcək"

Üç il sonra Bakı Ali Neft Məktəbi Bibiheybət ərazisində inşa olunan tələbə şəhərciyinə köçürüləcək
Bu gün Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov təhsil müəssisəsinin fəaliyyətinin təşkilinə həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, E. Qasımov bildirib ki, Bakı Ali Neft Məktəbi prezidentin fərmanı ilə 2011-ci il noyabrın 29-da Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) strukturunda yaranıb, 2012-ci ilin fevralında qurumun Nizamnaməsi dövlət qeydiyyatından keçib. Onun sözlərinə görə, 2012-ci ilin mayında Təhsil Nazirliyi tərəfindən ali məktəbə kadr hazırlığına xüsusi razılıq (lisenziya) verilib. Bu ilin sentyabrında ali məktəbdə "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə 100 tələbənin təhsil alması nəzərdə tutulub.
Rektor ARDNŞ-in fəaliyyətinin ölkənin hüdudlarından kənara çıxması və transmilli şirkətə çevrilməsi səbəbilə şirkətdə müasir biliklərə yiyələnmiş və ingilis dilində təhsil almış mühəndis kadrlara böyük ehtiyac yarandığını bildirib: "Bu səbəbdən Bakı Ali Neft Məktəbinin qarşısına tədris prosesinin inkişaf etmiş ölkələrdə tətbiq edilən proqramlar və texnologiyalar əsasında həyata keçirilməsi kimi bir vəzifə qoyulub. Vəzifənin yerinə yetirilməsini təmin etmək üçün Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq əlaqələri qurulub. Həmin universitetin tədris proqramlarının tətbiqinə başlanılıb, məhz bu səbəbdən məzunlara iki diplom veriləcək".
E. Qasımovun sözlərinə görə, hazırda ali məktəbin binasında təmir işləri aparılır. O, həmçinin yaxın 3 il ərzində Bakı Ali Neft Məktəbinin dünyanın ən yaxşı ali məktəblərindən biri olacağını demişdir: "Bibiheybət ərazisində ali məktəb üçün kampus tikiləcək, təhsil müəssisəsi 3 ilə həmin şəhərciyə köçürüləcək. Gələcəkdə məktəbə Böyük Britaniya və Türkiyədən müəllimlər dəvət olunacaq. Həmçinin burada təhsil alan tələbələr xaricə bir illik təhsil almağa göndəriləcək".
Rektor məktəbin bu il sentyabrın 15-də tədris prosesinə başlamağa tam hazır olduğunu və təhsilin ödənişsiz olacağını qeyd etmişdir. E. Qasımov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının həyata keçirdiyi qəbul imtahanlarında yüksək bal toplayan abituriyentləri Bakı Ali Neft Məktəbinə dəvət etmişdir. O, məktəbdə tələbələr üçün 100 manat təqaüdün nəzərdə tutulduğunu açıqlamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında