Yaqub Mahmudovun "Azərbaycan və Avropa: orta əsrlərdə diplomatik əlaqələr (Ağqoyunlu və Səfəvi dövlətləri dövrü)" kitabı Nyu-Yorkda və Moskvada nəşr olunmuşdur

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun "Azərbaycan və Avropa: orta əsrlərdə diplomatik əlaqələr (Ağqoyunlu və Səfəvi dövlətləri dövrü)" (2010) kitabı ABŞ-ın Nyu-York şəhərində ingilis dilində, Rusiya Federasiyasının Moskva şəhərində isə rus dilində nəşr edilib.
AMEA Tarix İnstitutundan APA-ya verilən məlumata görə, 6 fəsildən ibarət olan bu kitabda Ağqoyunlu və Səfəvi dövlətinə aid 600-dən çox müxtəlif dillərdə olan mənbə və ədəbiyyatdan istifadə edilib. Kitabda Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa dövlətləri ilə əlaqələrinin öyrənilməsinin elmi əhəmiyyəti, Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin yaranmasının tarixi səbəbləri, bu əlaqələrdə iqtisadi və xarici siyasi amillərin rolu, XV əsrin ikinci yarısı - XVII əsrin əvvəllərində Azərbaycan - Avropa münasibətləri, dövrün beynəlxalq əlaqələri və digər məsələlər öz əksini tapıb.
Kitab dünyanın ingilis və rusdilli oxucularını Azərbaycan tarixinin parlaq səhifələri ilə tanış edir. Kitabın sonunda verilmiş 8 xəritə Azərbaycanın tarixi dövlətlərinin sərhədlərini göstərir. Uzun illərin araşdırmalarının nəticəsi olan bu xəritələr Azərbaycanın tarixini saxtalaşdırmağa çalışanlara tutarlı cavabdır. Kitabdakı xəritələrdə, həmçinin tarixi həqiqət aşkara çıxarılaraq Nadir şah Əfşarın, Səfəvi hökmdarı I Şah Abbasın dövründə ölkənin sərhədləri göstərilib və bu görkəmli tarixi şəxsiyyətlərin Azərbaycan hökmdarları olduğu sübut olunub. Kitabda Azərbaycan tarixinə dair aşağıdakı xəritələr verilib:
1. Azərbaycan XV əsrdə
2. Azərbaycan Qaraqoyunlu dövləti (1410-1468)
3. Azərbaycan Ağqoyunlu dövləti (1468-1501)
4. Azərbaycan Səfəvilər dövləti (I Şah İsmayılın hakimiyyəti dövrü, 1501-1524)
5. Azərbaycan Səfəvilər dövləti (I Şah Təhmasibin hakimiyyəti dövrü, 1524-1576)
6. Azərbaycan Səfəvilər dövləti (I şah Abbas və onun xələflərinin hakimiyyəti dövründə, 1587-1736 )
7. Azərbaycan hökmdarı Nadir şah Əfşarın imperiyası (1736-1747)
Kitabda əvvəlki tarixi dövrlərdəki ərazilərimizlə müqayisə etmək məqsədilə Azərbaycan Respublikasının müasir xəritəsi də verilib, ermənilər tərəfindən işğal olunmuş Qarabağdakı rayonlarımızın əraziləri də əks olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında