Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə Bakı Slavyan Universitetinin fəxri doktoru adı verilmişdir

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə Bakı Slavyan Universitetinin (BSU) fəxri doktoru adı verilmişdir. İyulun 9-da Sergey Narışkinə fəxri doktor diplomunun və mantiyasının təqdim olunması münasibətilə BSU-da təntənəli mərasim keçirilmişdir. 
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev mərasimdə çıxış edərək bildirmişdir ki, fəxri doktor adı Sergey Narışkinə universitetin Elmi Şurasının 2012-ci il 29 iyun tarixli qərarına əsasən Azərbaycan və Rusiya arasında dostluğun möhkəmləndirilməsində xidmətlərinə, xalqlarımız arasında elmi, mədəni əlaqələrin inkişafına şəxsi töhfəsinə görə verilmişdir. Rektor BSU-nun fəaliyyəti, Rusiya ali məktəbləri və təhsil müəssisələri ilə əlaqələrindən danışmışdır. O bildirmişdir ki, Moskva Dövlət Linqvistika Universitetində (MDLU) BSU-nun təşəbbüsü ilə yaradılmış Azərbaycan Mədəniyyət-Tədris Mərkəzi uğurla fəaliyyət göstərir. MDLU-da həmçinin Azərbaycan dili və ədəbiyyatı mütəxəssisləri hazırlanır. Bütün bunlar Azərbaycan ilə Rusiya arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə, əməkdaşlıq sahələrinin genişlənməsinə xidmət edir.
Sergey Narışkin çıxış edərək demişdir: "Mənə fəxri doktor adının verilməsi qərarına görə Elmi Şuraya təşəkkürümü bildirirəm". Dövlət Dumasının sədri vurğulamışdır ki, Azərbaycan ilə Rusiyanı bir-birinə, ilk növbədə, çoxillik tarix bağlayır. O demişdir: "Bu dostluq yeni müasir şəraitdə də davam edir. Ölkələrimiz arasında sosial-mədəni əməkdaşlıq güclü tarixi köklərə əsaslanır".
Dövlət dumasının sədri bildirmişdir ki, Azərbaycan və Rusiya humanitar dialoq çərçivəsində bir sıra layihələrdə əməkdaşlıq edir. S.Narışkin layihələri təkcə Azərbaycanda deyil, MDB məkanında humanitar əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olan Heydər Əliyev Fondunun xüsusi rolunu vurğulamışdır.
S.Narışkin humanitar əməkdaşlığın inkişafı ilə bağlı bir sıra prioritet vəzifələri müəyyən etmişdir. O demişdir: "İlk növbədə bu, gənclər arasında kommunikasiya sisteminin genişləndirilməsidir. İkincisi, Rusiyada təhsil alan azərbaycanlı gənclərin, həmçinin Azərbaycan ali məktəblərində təhsil alan rusiyalı gənclərin sayının artırılmasıdır. Nəhayət, bu, informasiya kommunikasiyalarıdır. Biz bir-birimiz haqqında çox bilməliyik. Buna gələcək Avrasiya iqtisadi ittifaqının informasiya ölçüsü kimi yaradılacaq vahid informasiya məkanı kömək edə bilər. Bu məkan digər ölkələr üçün də, eyni zamanda, Azərbaycan üçün də işləyə bilər. İlk addım kimi postsovet məkanında "Euronews"a bənzər telekanalın yaradılması ola bilər.
Humanitar layihələrdən danışan S.Narışkin Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi töhfəsini xüsusi diqqətə çatdırmışdır.
Sonra S.Narışkin müəllim və tələbələrin suallarına cavab vermiş, "Podmoskovnıye veçera" mahnısını ifa edən tələbələrə qoşulmuşdur.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında