Qlobal Gənc Liderlər Konfransının iştirakçıları Azərbaycanın ABŞ-dakı səfirliyinin qonağı olublar

Qlobal Gənc Liderlər Konfransının iştirakçıları Azərbaycanın ABŞ-dakı səfirliyinin qonağı olublar. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə Böyük Britaniya, İordaniya, Avstraliya, Finlandiya, İsveçrə, Filippin, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası, Qətər, Yeni Zelandiya, Trinidad və Tobaqo, Norveç, Oman, İspaniya və ABŞ-dan olan ümumilikdə 25 tələbə iştirak edib. 
Səfir Elin Süleymanov Azərbaycanın tarixi inkişaf yolundan bəhs edərək, 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi dövrdən keçən 21 il ərzində müxtəlif sahələrdə əldə etdiyi uğurlardan bəhs edib. Azərbaycanın yerləşdiyi strateji coğrafi mövqeyin yaratdığı üstünlüklər və çağırışlar barədə danışan səfir Azərbaycanın qonşu dövlətlərlə münasibətləri haqqında məlumat verib. E. Süleymanov Ermənistanın Azərbaycana təcavüzündən bəhs edərək, bölgənin gələcəyinin dinc yanaşı yaşama və inteqrasiyada olduğunu bildirib, Ermənistanın hazırkı mono-etnik yönümlü siyasətinin nə dövlətin özünə, nə də ümumilikdə regiona heç bir perspektiv vəd etmədiyini qeyd edib. E. Süleymanov işğal faktına və bir milyona yaxın qaçqın və məcburi köçkün olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatının son illər sürətlə inkişaf etdiyini, Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinin Azərbaycanın payına düşdüyünü bildirib. Eyni zamanda, son illər Azərbaycanın nəqliyyat mərkəzinə çevrildiyini qeyd edən diplomat bu xüsusda iştirakçılara Azərbaycanın İpək yolu çərçivəsində rolundan danışıb.
Azərbaycanın etnik cəhətdən kifayət qədər rəngarəng dövlət olması barədə məlumat verən səfir etnik və dini dözümlülüyün Azərbaycan xalqının milli sərvəti olduğunu bildirib, uzun illər ərzində müxtəlif etnik qrupların Azərbaycanda dinc yanaşı yaşadığını diqqətə çatdırıb.
Görüşdə həmçinin konfrans iştirakçılarının Sovet İttifaqının Azərbaycanın siyasi-mədəni həyatına təsirləri, Sovet İttifaqının süqutundan sonra Azərbaycanın Qərb və İslam dövlətləri ilə münasibətləri barədə sualları cavablandırılıb.
Tədbir Azərbaycanın tarixi, mədəniyyəti haqqında video çarxın nümayişi və gənc azərbaycanlı pianoçu Günel Sadıqovanın ifasında Azərbaycan musiqisinin səsləndirilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, konfrans 1985-ci ildə əsası qoyulmuş təhsilyönümlü qeyri-hökumət təşkilatı olan Gənc Liderlik Şurası tərəfindən maliyyələşdirilir. Gənc Liderlik Şurasının yarandığı dövrdən keçən 26 il ərzində dünyanın 100-dən çox ölkəsini təmsil edən 250 min gənc şura tərəfindən təşkil edilən konfranslarda iştirak edib. Qlobal Gənc Liderlər Konfransının məqsədi xüsusi bacarıqlarına və təhsildə əldə etdiyi uğurlara görə seçilən tələbələrə zəruri liderlik keyfiyyəti və bacarıqlarının aşılanmasıdır. Konfrans ABŞ-la yanaşı, Çin və Avropada da (Avstriya, Macarıstan və Çexiya) həyata keçirilən eyni səpkili proqramları əhatə edir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında