Azərbaycan və İtaliya alimləri Abşeronda geodinamik vəziyyətə dair tədqiqat aparacaqlar

Azərbaycan və İtaliya alimləri Abşeronun geodinamik prosesləri və seysmik təhlükələri istiqamətində birgə tədqiqat aparmaq niyyətindədir. Bununla əlaqədar olaraq İtaliyanın Milli Tədqiqat Şurasının (İMTŞ) Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun departament rəhbəri, professor Luçiano Selesta Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutuna gəlmişdir. Qonaq institutun direktoru, akademik Akif Əlizadə və digər alimlərlə görüşmüşdür. Görüş zamanı iki təşkilat arasında əməkdaşlıq imkanları müzakirə edilmişdir.

{nl}

Geologiya İnstitutunun geodinamika və seysmologiya söbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü professor Fəxrəddin Qədirov və aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi Qulam Babayev italiyalı mütəxəssisə institutda aparılmış müvafiq tədqiqatların nəticələri və nəzərdə tutulmuş planlardan ətraflı məlumat vermişlər. Abşeron yarımadasında seysmik təhlükənin qiymətləndirilməsi, seysmik monitorinqin üsulları, GPS (kosmik yertəyinetmə sistemi) tədqiqatların nəticələri müzakirə olunmuşdur.

{nl}

L.Selesta institutda aparılan və gələcəkdə nəzərdə tutulan tədqiqatları müsbət qiymətləndirmiş və bu işlərin müştərək davam etdirilməsini məqsədəuyğun hesab etmişdir. Qonaq iyulun 7-nə qədər azərbaycanlı həmkarlarının təcrübəsi ilə daha yaxından tanış olacaq və çöl tədqiqatlarında iştirak edəcək.
Xatırladaq ki, görüş 2011-ci ilin yayında AMEA ilə İMTŞ arasında bağlanmış elmi əməkdaşlıq müqaviləsi çərçivəsində təşkil olunmuşdur.

{nl}

İnstitutdan verilən digər məlumatda bildirilir ki, şöbə rəhbəri, texnika elmləri namizədi Vaqif İbrahimovun Rusiyanın "Neftqazpravo" adlı hüquq və analitik informasiya jurnalında "Yerin təkindən istifadə və Yer təkindən (Yer təki sahələrindən) istifadə hüquqları: subyektlər, obyektlər, məzmun" adlı məqaləsi dərc olunmuşdur. Məqalədə yerin dərinliklərindən istifadə hüququnun qanunvericiliklə uzlaşma imkanları analiz edilir.

{nl}

Geologiya elminə aid olan belə bir tədqiqat Azərbaycanda ilk dəfədir aparılır. Materialın mövzusu konkret bir ərazini yox, Yerin ümumi təkini əhatə edir və Rusiya qanunvericiliyinin təcrübəsinə əsaslanır. AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə yeraltı sərvətlərdən istifadə hüququ ilə bağlı dünya təcrübəsini Azərbaycan elmində tətbiq etməyi və bu yolla ölkənin müvafiq qanunvericiliyini təkmilləşdirməyi məqsədəuyğun hesab edir. Jurnalın baş redaktoru Viktor Nesterenko Geologiya İnstitutuna məktub yazaraq məqaləyə görə təşəkkürünü bildirmiş və araşdırmanı yüksək qiymətləndirmişdir.

{nl}

S.RZAYEVA

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında