Bakıda "Milli iqtisadiyyatın inkişafı və səmərəliliyinin yüksəldilməsi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkənin perspektiv inkişafının hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədilə "Azərbaycan -2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə müvafiq sərəncam imzalamışdır. 
Bu mühüm işdə respublikanın iqtisadçı alim və mütəxəssislərinin iştirakını təmin etmək məqsədilə Azərbaycan Kooperasiya Universitetinin, Təhsil Nazirliyinin, Azərbaycan İqtisadçılar İttifaqının və Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə iyunun 27-28-də "Milli iqtisadiyyatın inkişafı və səmərəliliyinin yüksəldilməsi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilməsi nəzərdə tutulmuşdur.
AzərTAc xəbər verir ki, 60-dan çox ali təhsil müəssisələri, nazirlik və şirkət rəhbərlərinin, Milli Məclisin deputatlarının, sahibkarların, elmi işçilərin və gənc tədqiqatçıların, həmçinin 7 xarici ölkədən dəvət olunmuş 11 nəfər tanınmış iqtisadçı alimin iştirak edəcəyi konfransın plenar iclası iyunun 27-də "Hilton-Bakı" mehmanxanasında öz işinə başlayacaqdır.
Beynəlxalq elmi-praktiki konfrans işini iyunun 28-də 6 müvafiq bölmə və elmi istiqamətlər üzrə Azərbaycan Kooperasiya Universitetində davam etdirəcəkdir.
Konfransda Azərbaycan Respublikasının müvafiq dövlət strukturlarının, o cümlədən Milli Məclisin əlaqədar komitə sədrlərinin, nazir, elm, təhsil müəssisələri rəhbərlərinin, beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələri təmsil edən alimlərin, mütəxəssislərin, ekspertlərin və s. mövzu ilə bağlı məruzələri dinlənilib müzakirə ediləcəkdir.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında