Azərbaycan Milli Aviasiya Akademiyası ilə Belarusun Milli Elmlər Akademiyası arasında əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunmuşdur

Belarus və Azərbaycan Milli Elmlər Akademiyaları və Azərbaycan Milli Aviasiya Akademiyası arasında elmi-texniki əməkdaşlığın genişləndirilməsi məsələlərinə həsr olunmuş forum keçirilmişdir.
Forumda Belarus Milli Elmlər Akademiyasının akademiki, texnika elmləri doktoru, professor Leonid Gerasimoviç və Azərbaycan Milli Aviasiya Akademiyasının Nəqliyyat və Aerokosmik Problemlər üzrə Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika- riyaziyyat elmləri doktoru, professor Bahadur Tağıyev forumda çıxış edərək bildirmişlər ki, müasir dünyanın inkişafı elmi- texnoloji və innovasiya sahələrində tərəqqiyə əsaslanır. Bildirilmişdir ki, "Güclü elm güclü iqtisadiyyatdır" tezisi qloballaşan dünyada getdikcə daha aktual olur. Forumda Azərbaycan və Belarus alimləri, akademik elmi institutları arasında sıx əlaqələrin olduğu xüsusi vurğulanmışdır.
Belaruslu alim Leonid Gerasimoviç demişdir ki, Azərbaycanda son illərdə elmin müxtəlif sahələri sürətlə inkişaf edir. Biz bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin səylərini yüksək qiymətləndiririk. Azərbaycan Milli Aviasiya Akademiyasının uğurlu fəaliyyəti bizi çox sevindirir. Azərbaycanda aviasiya sahəsində milli kadr hazırlığı işinin yüksək təşkilində akademik Arif Paşayevin rolunu, onun görkəmli alim olmaqla bərabər yüksək təşkilatçılıq məharətini Belarusda yaxşı bilir və qiymətləndirirlər. Çox sevindirici haldır ki, Azərbaycan Milli Aviasiya Akademiyası ilə Belarus Milli Elmlər Akademiyası arasında elmi-texniki əməkdaşlıq yeni inkişaf səviyyəsinə yüksəlmişdir. Bu əlaqələrin nəticəsidir ki, alimlərimiz ultrabənövşəyi rentgen şüalarının yeni xüsusiyyətlərini aşkara çıxarmışlar. Bu elmi nəticə ekoloji təmiz ağ işıq mənbələri yaratmağa imkan verəcəkdir. Alimlərimiz işıq-diod texnikasının müştərək istehsalını planlaşdırırlar. Akademik Arif Paşayevin razılığı ilə Milli Aviasiya Akademiyasının ərazisinin işıqlandırılmasının yeni pilot layihəsi üzərində iş aparılır. Bunun üçün nəzərdə tutulan 64 işıq-diod küçə fənəri Azərbaycan Milli Aviasiya Akademiyasında yığılacaqdır. Dəstləşdirici hissələr Belarus Milli Elmlər Akademiyasından göndəriləcəkdir. Rektor Arif Paşayevin təşəbbüsü ilə Azərbaycan Milli Aviasiya Akademiyası Belarus Milli Elmlər Akademiyasının Opto elektron Texnologiya Mərkəzi ilə birgə tədqiqat işi aparır. Bu iş Azərbaycan və Belarus hökumətlərinin müştərək qərarında da öz əksini tapmışdır.
Professor Bahadur Tağıyev isə əlavə etmişdir ki, Azərbaycan Milli Aviasiya Akademiyası Belarusun Qrodno şəhərində fəaliyyət göstərən "Texnoloq" elm-istehsalat mərkəzindən təxminən 15 adda tədris laboratoriya avadanlığı almaq niyyətindədir. Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin tapşırığı ilə bu istiqamətdə intensiv danışıqlar aparılır. Biz belaruslu həmkarlımızla elmi əlaqələrin inkişafında maraqlıyıq.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında