Azərbaycan Turizm İnstitutunda "Azərbaycanın dövlət müstəqilliyi əbədidir" mövzusunda açıq dərs keçirilmişdir

Azərbaycan Turizm İnstitutunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə "Azərbaycanın dövlət müstəqilliyi əbədidir" mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsi ATİ-nin İctimai fənlər kafedrasının dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı açmışdır.
Toplantıda "Azərbaycanın dövlət müstəqilliyi əbədidir" mövzusunda çıxış üçün söz ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərova verildi. Rektor C.Cəfərov çıxışına başlamazdan əvvəl tələbələrə belə bir sualla müraciət etdi: "Sizlərin doğum tarixi neçənci ilə təsadüf edir?" Tələbələrdən bir qismi doğum təvəllüdünün 1994-cü il olduğunu bildirdikdən sonra Cəfər müəllim dedi: "O tarixi bizlər həm görmüşük, həm də yaşamışıq. Amma siz tələbələrin qismətinə o tarixlə bağlı bu gün bizlərdən eşitdikləriniz və yazılanları oxumaq düşüb. Dünyada yüzlərlə xalq yaşasa da, bu danılmaz faktdır ki, yer kürəsində təxminən 200 dövlət var. Deməli, hər bir xalqa öz müstəqil dövlətini qurub-yaratmaq, onun vətəndaşı adını daşımaq nəsib olmamışdır. Azərbaycan xalqı bu baxımdan xoşbəxtdir. Çünki bir əsr müddətində müstəqil dövlətini iki dəfə qurmaq şansı qazanmışdır. Çox təəssüflər olsun ki, 1918-ci ilin 28 Mayında qurulan Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşaya bilmişdir.
Bunun bir sıra obyektiv və subyektiv səbəbləri vardır. Amma biz o xalqlardanıq ki, yenidən öz müstəqilliyini bərpa etmək iqtidarında olmuşuq. 71 ildən sonra imperiya tərəfindən qəsb olunmuş dövlət müstəqilliyimizi yenidən bərpa edə bilmişik. Azərbaycan hər zaman dünyanın güc mərkəzlərinin marağında olmuşdur.
Unutmayaq ki, şərt azadlığı, müstəqilliyi qazanmaq deyil, əsas o müstəqilliyi qoruyub saxlamaqdır". Sonra o, ulu öndər Heydər Əliyevin böyük siyasi uzaqgörənliyi və idarəetmə bacarığı sayəsində 1993-cü il 15 iyun tarixində Azərbaycanın məhv olmaq, parçalanmaq təhlükəsindən xilas olduğunu xatırlatdı. Bununla da ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni, beynəlxalq əlaqələrinin genişlənməsi sahəsində böyük uğurlara imza atdığını vurğuladı. Rektor mübaliğəsiz olaraq Azərbaycanın düşünülmüş hərtərəfli dinamik inkişafının təməlinin 19 il əvvəl qoyulmasından söz açaraq ulu öndərin gənclərə tövsiyələrindən danışdı. Bu tövsiyələrdən "Əsl mütəxəssis zamanı qabaqlamalıdır" nümunəsini misal çəkdi. Bu gün ATİ-nin tələbəsi adını daşıyanların təhsili başa vurduqdan sonra iqtisadiyyatımızın prioritet sahəsi sayılan turizm sənayesinin ixtisaslı mütəxəssisi kimi fəaliyyətə başlayacaqlarına inamını bildirdi. O dedi: "Sizin borcunuz geniş dünyagörüşünə malik təhsilli turizm mütəxəssisi kimi yetişib Azərbaycanı tanımaq və tanıtmaqdır. Sizləri bir daha Milli Qurtuluş Günü münasibətilə təbrik edirəm. Dövlətimizin siz gənclərə verdiyi təhsil imkanından layiqincə faydalanmağı tövsiyə edir və arzulayıram".
"Azərbaycanın müstəqilliyi əbədidir" mövzusuna həsr olunan açıq dərsdə institutun müəllim və tələbələri çıxış edərək ümummilli liderin qurub-yaratdığı, qoruduğu Azərbaycan dövlətinin geniş imkanlara malik olmasından, regionda lider kimi tanınmasından söz açdılar. Tədbir maraqlı diskussiya şəraitində keçdi.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında