Azərbaycan Dövlət Neft Akademiyasında Milli Qurtuluş Günü qeyd olunmuşdur

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar yığıncaq keçirilmişdir. Tədbiri akademiyanın rektoru, akademik Siyavuş Qarayev açaraq bildirdi ki, 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin ən məsul günlərindən biri yaşandı.
Müstəqil dövlətçiliyimizin müqəddəratının həll edildiyi ən ağır günlərdə dahi şəxsiyyət Heydər Əliyev xalqın iradəsi ilə ölkə rəhbərliyinə qayıdaraq həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas olub gələcəyə inamla baxan güclü və sabit bir dövlətə çevrildi. S. Qarayev əbədiyaşar lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışdı, ulu öndərin siyasi kursunu və yüksək amallarını layiqincə yaşadan və davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış böyük nailiyyətlərdən bəhs etdi.
Akademik daha sonra dahi öndərin müəyyən etdiyi inkişaf kursuna daim sadiq qalan ADNA-nın kollektivinin müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin hərtərəfli inkişafı naminə bundan sonra da dövlət başçısına layiqli yardımçı olmaq üçün əllərindən gələni əsirgəməyəcəyini bildirdi.
Tədbirdə geniş məruzə ilə çıxış edən YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı qeyd etdi ki, azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda yüzlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağırdır. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqilliyi qoruyub saxlamaq da çətindir.
M. Qurbanlı bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev ölkənin ağır günündə kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib 1993-cü ilin iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu dahi şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi. İndi inamla söyləyə bilərik ki, ulu öndərimizin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdi: "Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdırlar". Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı.
Tədbirin sonunda YAP icra katibinin müavini vurğuladı ki, 1993-cü il iyunun 15-də dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir...

{nl}

B.VAQİF, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında