"Böyük dərinliklərin karbohidrogen potensialı: gələcəyin enerji resursları- reallıq və proqnoz" mövzusunda elmi konfrans

İyun ayının 12-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası, respublika Təhsil Nazirliyi, Rusiya Federasiyasının Elmlər Akademiyası və Rusiya Təhsil və Elm Nazirliyinin təşkilatçılığı ilə "Böyük dərinliklərin karbohidrogen potensialı: gələcəyin enerji resursları-reallıq və proqnoz" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.
SOCAR, bp və GAZPROM şirkətlərinin sponsorluğu ilə keçiriləcək konfransda "Karbohidrogen resurslarının qiymətləndirilməsi və Cənubi Xəzərin neft-qazlılığının perspektivliyi", "Böyük dərinliklərin karbohidrogenləri: axtarış metodlarının təkmilləşmə yolları", "Yerin qlobal enerji mənbələri və nəhəng neft-qaz yataqlarının formalaşma mexanizmi", "Dərinliyə gömülmüş neft-qazlılıq rezervuarlarının təbiəti" və s. mövzularda məruzələr dinləniləcəkdir.
Konfrans zamanı metodik vasitələrin, neft ixtisası üzrə təhsil alan tələbələr üçün hazırlanan dərsliklərin və böyük dərinlikdə karbohidrogen potensialı problemlərinə həsr olunmuş monoqrafiyaların sərgisi təşkil olunacaqdır.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında