"Elçinlə ədəbiyyat söhbəti (Yaşarın xalq yazıçısı Elçin ilə müsahibəsi)" kitabı müzakirə edilmişdir

İyunun 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda "Elçinlə ədəbiyyat söhbəti (Yaşarın xalq yazıçısı Elçin ilə müsahibəsi)" kitabının müzakirəsinə həsr edilən "dəyirmi masa" keçirilmişdir. 
İnstitut direktorunun müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli bildirmişdir ki, xalq yazıçısı Elçin müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, eyni zamanda, görkəmli dövlət xadimidir. Onun yaradıcılığında ədəbiyyat və elm bir-biri ilə sıx bağlıdır. 1968-ci ildə Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını bitirmiş, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Elçini ədəbiyyatımızın ən məhsuldar yazarlarından biri kimi səciyyələndirən T.Kərimli demişdir ki, indiyədək ədibin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunmuşdur. Kitablarının ümumi tirajı beş milyondan çoxdur. Yazıçının əsərləri əsasında 20-dək film çəkilmişdir.
"Elçinlə ədəbiyyat söhbəti (Yaşarın xalq yazıçısı Elçin ilə müsahibəsi)" kitabının ədəbiyyatımıza və ədəbi tənqidimizə töhfə olduğunu, yazıçının yaradıcılığında xüsusi yer tutduğunu vurğulayan T.Kərimli bildirmişdir ki, əsərdə qaldırılan problemlər onun siqlətini daha da artırır və hər bir oxucunun stolüstü kitabına çevrilməsinə zəmin yaradır.
Tədbirdə filologiya elmləri doktoru Şirindil Alışanlının "Elçinlə söhbətin zamanı və məkanı" mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə Elçinlə aparılmış müsahibənin dolğunluğundan, yüksək intellektual səviyyədə olmasından, müsahibə janrının üstünlüklərindən, burada müxtəlif mövzulara toxunmağın mümkünlüyündən bəhs olunmuşdur.
Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Professorlar Qəzənfər Paşayev, Məhərrəm Qasımlı, Qurban Bayramov və başqaları xalq yazıçısı Elçinin ədəbiyyatımızda xidmətlərindən, yaradıcılığının əsas xüsusiyyətlərindən, kitabın məziyyətindən, burada bir sıra qlobal problemlərə toxunulmasından danışmışlar. Qeyd olunmuşdur ki, yalnız maraqlı mövzuların əhatə olunduğu müsahibə və yazılar müasir oxucunun diqqətini cəlb etməyi bacarır.
Xalq yazıçısı Elçin ədəbiyyat haqqında düşüncələrinin toplandığı kitabın ərsəyə gəlməsindən, ədəbiyyatı totalitar rejimin deyil, daha çox söz azadlığının sınağa çəkməsindən, müasir zamanda dəyərli söz deməyin çətinliyindən danışmışdır.
Böyük ədəbiyyata gedən yolun mütaliədən başlandığını qeyd edən ədib Azərbaycan ədəbiyyatının davamçıları olan gənc yazarların daha çox kitab oxumalarının vacibliyini vurğulamışdır.
Sonda yazıçı göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında