"Azərbaycan gəncliyinin XXI əsrdə ölkə iqtisadiyyatına baxışı"

Bu günlərdə Azərbaycan Turizm İnstitutunda "Azərbaycan gəncliyinin XXI əsrdə ölkə iqtisadiyyatına baxışı" mövzusunda Tələbə Elmi-Praktik Konfrans keçirilmişdir. Toplantı ATİ-nin İqtisadiyyat kafedrasının və Tələbə Elmi Cəmiyyətinin birgə fəaliyyəti ilə təşkil edilmişdir.
Tədbiri institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açmışdır. Azərbaycan Respublikasının Dövlət himni oxunduqdan sonra rektor ölkə ali məktəblərində təhsil alan tələbə-tədqiqatçıların belə bir konfransda iştirak etdiklərindən məmnun qaldığını bildirmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Qərb Universiteti və Azərbaycan Turizm İnstitutunun gənc tədqiqatçılarının öz araşdırmalarında ölkə turizminin potensialını və onun təşkilini, eləcə də turizmin idarəedilməsi perspektivlərini konkret detallarla əsaslandırmağa səy göstərdiklərini xüsusi diqqətə çatdırmışdır.
Rektor konfrans iştirakçılarını ATİ-nin fəaliyyəti ilə tezis şəklində tanış etmişdir. İnstitutun inkişafını şərtləndirən amillər sırasında tələbə kontingentinin formalaşması, ikili diplom təcrübəsi, beynəlxalq təşkilatlarla əlaqə, səmərəli layihələrdə iştirak, məzunların işlə təminatı, o cümlədən Turizm Peşə Məktəbinə qəbulun keçirilməsi faktını daha qabarıq vurğulamış, ATİ-nin strateji hədəflərini açıqlamışdır. O, konfrans iştirakçılarına xatırlatmışdır ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində prioritet sahələrdən biri də elm və təhsilin dinamik inkişafına nail olmaqdan ibarətdir. Bu baxımdan möhkəm təmələ, eyni zamanda gəncliyin ideya və axtarışlarına söykənən davamlı tədqiqatların aparılmasının hər zaman başlıca şərt sayıldığını bildirmişdir.
Azərbaycan gənclərinin timsalında bugünkü konfrans iştirakçılarının həmin vəzifəni dərindən dərk etdiklərinə şübhə etmədiyini qeyd etmişdir. Respublikamızın ali məktəblərini təmsil edən otuz iki gəncin konfransa təqdim etdiyi məruzələrin aktuallığı ilə seçiləcəyinə əminliyini bildirən rektor C. Cəfərov konfransın işinə və iştirakçılara uğurlar arzulamışdır.
Konfrans üç bölmədə təşkil olunmuşdur. Tələbələr tədqiqat nəticəsində araşdırdıqları mövzuları daha dərindən mənimsədiklərini öz çıxışları ilə bir daha sübut etmişlər. Konfransın sonunda məruzələr yekdil fikirlə qiymətləndirilmişdir. Tələbə Elmi-Praktik Konfransının iştirakçılarından Azərbaycan Turizm İnstitutunun tələbəsi Səbinə Əliyeva 1-ci yer, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Azər Həsənli və Azərbaycan Turizm İnstitutunun tələbəsi Könül Hüseynli 2-ci yer, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Turə Əlisəfazadə və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Cavidan Qasımlı 3-cü yeri tutmaqla pul mükafatına və fəxri diplomlara layiq görülmüşlər.
Bununla da gənc tədqiqatçıların Tələbə Elmi-Praktik Konfransı öz işinə yekun vurmuşdur.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında