"Son zəng" müstəqil həyata çağırışdır

Dünən Azərbaycanın bütün orta məktəblərində "Son zəng" mərasimi keçirildi. Təhsil naziri Misir Mərdanovun əmri ilə keçirilən bu tədbir üç saat ərzində məktəblərin ərazisində baş tutdu. 
Bakı şəhəri üzrə bu il 22 min şagird orta məktəbi bitirir. Ulu öndər Heydər Əliyevin adını daşıyan liseydə isə məzunların sayı 138 nəfərdir.
Liseydə keçirilən mərasimdə iştirak etdik. Məzunların üzündə sevinclə yanaşı, kədər əlamətləri də hiss olunurdu. Axı, onlar 11 il bağlandıqları doğma məktəbləri, müəllimləri ilə vidalaşırdılar.
Liseyin direktoru Fikrət Xəlilov uşaqları, valideynləri "Son zəng" münasibətilə təbrik etdi, Xətai rayonunun rəhbərliyinə tədbirdə iştirakına görə minnətdarlığını bildirdi.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək ölkəmizdə təhsilə qayğıdan danışdı, uşaqlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı.
Məktəbin məzunu Aygün Mirmehdizadə dedi:- Doğma məktəbdən ayrılmaq çox çətindir. Neçə illərdir ki, bu məktəbə öyrəşmişik. Müəllimlərimizdən gözəl münasibət görmüşük. Onlar bizə həyatın yollarını öyrədiblər. İndi ayrılıq məqamı yetişib. Amma neyləmək olar. Bizi artıq ali məktəb həyatı gözləyir. İnanıram ki, bizim məzunların böyük bir qismi ali məktəblərə qəbul olunacaq. Məktəbimizin direktoru Fikrət müəllimin təşkilatçılıq bacarığı bütün respublikada məşhurdur. Hər il məktəbimizi bitirən uşaqların böyük əksəriyyəti müxtəlif universitetlərə yüksək balla qəbul olunur.
Məlumat üçün bildirək ki, lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 oktyabr 2004-cü il tarixli əmrinə əsasən yaradılmış, Nazirlər Kabinetinin 19 oktyabr 2005-ci il tarixli qərarı ilə liseyə ümummilli lider Heydər Əliyevin adı verilmişdir.Bu tədris ilində liseydəki 59 sinifdə 1664 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 103 nəfər müəllim və pedaqoji işçi məşğul olur. Liseyin müəllimlərindən 5 nəfəri elmlər namizədi, 5 nəfəri isə respublikanın əməkdar müəllimidir.Lisey 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olan 50 məktəb sırasında olmuşdur. Ölkə Prezidentinin sərəncamına əsasən keçirilən "Ən yaxşı müəllim" müsabiqəsində liseyin müəllimlərindən 2009-cu ildə 4, 2010-cu ildə 2 və 2011-ci ildə 2 nəfəri bu müsabiqənin qalibi olmuşdur.
Liseyin şagirdləri davamlı olaraq fənn olimpiadalarının respublika turunda uğurla çıxış etmişlər. Belə ki, son 3 ildə fənn olimpiadalarının respublika turunda liseyin şagirdlərindən 5 nəfəri I yer, 1 nəfəri II yer, 3 nəfər III yer və 4 nəfər fərqləndirici - dördüncü yeri tutmuşdur.
TQDK-nın ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə görə son 3 ildə liseyin məzunlarının ali məktəblərə tələbə qəbulunun nəticəsi respublika və Təhsil Nazirliyinə tabe olan liseylər üzrə ən yaxşı nəticə göstərmiş məktəblər sırasında olmuşdur.
Göründüyü kimi, Heydər Əliyevin adını daşıyan bu təhsil ocağı yarandığı vaxtdan qabaqcıllar sırasında olmuş və bu gün də bu ənənəni davam etdirməkdədir."Son zəng" mərasimində bütün bu nailiyyətlərdən geniş bəhs olundu.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında