Binəqədi rayonunda "Son zəng"ə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir

Binəqədi Rayon İcra Hakimiyyəti aparatı rəhbərliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi və digər qonaqların iştirakı ilə rayondakı H.Hüseynov adına 83 nömrəli məktəb-liseydə "Son zəng" tədbiri keçirilmişdir.
Mərasimdə çıxış edən RİH-in başçısı Xaləddin İsgəndərov məzunlara müstəqil həyat yollarında uğurlar diləmiş, onlara xoş arzularını çatdırmışdır. Natiq ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğının onun layiqli davamçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini vurğulamaqla məzunlara müstəqil Azərbaycanın layiqli övladları olmağı tövsiyə etmişdir. Vurğulamışdır ki, bu gün Azərbaycanda onların təhsil almaları, biliklərə yiyələnmələri üçün hər cür şərait var. Onlar xoşbəxtdirlər ki, qurucusu Heydər Əliyev olan bir ölkənin övladlarıdırlar.
X.İsgəndərov bildirmişdir ki, ulu öndərin təhsil siyasətini uğurla davam etdirən dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən etibarən Azərbaycan təhsilində yeni, məsuliyyətli bir dövr başlanmışdır. Ötən dövrdə əldə edilən uğurların bəzilərini diqqətə çatdıran başçı demişdir ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi ilə bağlı sərəncamı milli təhsilimizin inkişafına çox əhəmiyyətli töhfə olmuşdur.
Yeni məktəblərin tikintisində Heydər Əliyev Fondunun, onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri , Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusilə qeyd edilməlidir. Məhz fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində son illər çoxlu sayda yeni məktəb tikilmiş, köhnə məktəblər və uşaq bağçaları əsaslı təmir edilmişdir. Çıxışının sonunda məktəb-liseyi uğurlu nəticələr münasibəilə təbrik edən icra başçısı dövlətin hər bir sahədə olduğu kimi, təhsilə diqqət və qayğısını yüksək qiymətləndirərək bunu kollektivdəki sağlam münasibətlərin təzahürü kimi qiymətləndirmişdir. Mərasimdə məktəbin direktoru Yaqut Sadıqova tədris müəssisəsinin uğurlarından danışmış, qarşıda duran vəzifələrdən bəhs etmişdir.
Valideynlərdən tibb elmləri üzrə fəlsəfə doktoru Sədrəddin Atakişiyev, Əməkdar müəllim Teyli Akif Əmiraslan oğlu məzunlara müstəqil həyat yollarında uğurlar diləmiş, onlara xoş arzularını çatdırmışlar. "Son zəng" yüksək bayram əhval-ruhiyyəsi ilə başa çatmışdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında