"Tarixin səsi" kitabının təqdimatı

Mayın 23-də Bakının "Avropa" otelinin "Baku" zalında "Turizmə Dəstək" Gənclər Koalisiyasının Azərbaycan həqiqətlərini "Eurovision - 2012" musiqi yarışması ərəfəsində ölkəmizə gəlmiş xarici qonaqlara və turistlərə çatdırmaq üçün nəşr etdiyi "The Voice of History" ("Tarixin səsi") kitabının təqdimat mərasimi keçirildi.
Kitabda Azərbaycan həqiqətləri, tarixi faktlar, erməni yalanlarını ifşa edən məlumatlar, ermənilərin Cənubi Qafqaza köçürülmələri ilə bağlı tarixi-rəsmi sənədlərdən nümunələr, Qarabağın və işğala məruz qalan digər torpaqların Azərbaycanın tarixi ərazisi olmasını sübut edən faktlar, Xocalı soyqırımı haqqında xarici jurnallarda, qəzetlərdə və digər mətbuat orqanlarında dərc edilən məlumatlar geniş yer almışdır. Kitabda həmçinin, respublikamızın işğal olunmuş ərazilərində ekoloji problemlər, terrorizm, narkotik qaçaqmalçılığı, insan alveri və s. haqqınıda informasiyalar öz əksini tapmışdır.
Tədbiri giriş sözü ilə "Turizmə Dəstək" Gənclər Koalisiyasının rəhbəri Ramiz Alıyev açdı. O, bu kitabın kiçik formatda, məhz ingilis dilində buraxılmasının səbəbini izah etdi. Bildirdi ki, 2000 tirajla nəşr olunan kitabın lazım gələrsə, çoxaldılması da nəzərdə tutulur. Bu kitabın 300 ədədi Milli Məclisinin Beynəlxalq əlaqələr şöbəsinə xaricdə yayımlanması üçün verilib. Kitabın geniş yayımlanması nəzərdə tutulur. R.Alıyev koalisiya adından "The Voice of History" ("Tarixin səsi") kitabının nəşr olunmasında göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə, Milli Məclisin deputatı Ərəstun Cavadova öz təşəkkürünü bildirdi.
Sonra "Turizmə Dəstək" Gənclər Koalisiyasının mətbuat katibi Anar Sarıyev və Azərbaycan gənclərinin Avropaya inteqrasiyası təşkilatının idarə heyətinin sədri Nərgiz Eyvazova kitab haqqında öz rəylərini bildirdilər.
Tədbirdə media və televiziya nümayəndələri, qonaqlar iştirak edirdilər.

{nl}

Aida ŞÜKÜRLÜ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında