"Azərbaycan tələbə kartı" ilk istifadəçilərinə təqdim olunmuşdur

Mayın 19-da "Hilton Bakı" mehmanxanasında tələbələrin uzun müddətdir səbirsizliklə gözlədiyi "Azərbaycan tələbə kartı" ilk istifadəçilərinə təqdim olunmuşdur.
Ölkəmizdə yenilik olan bu layihə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşəbbüsü ilə həyata keçirilmişdir.
Təqdimat mərasimində gəclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, dünyada ilk dəfə olaraq tələbə kartları dövlət hesabına təmənnasız olaraq tələbələrin istifadəsinə verilir. Tələbələr bu kart vasitəsilə müxtəlif şəbəkələrdən istifadə etmək üçün xüsusi güzəştlər əldə edəcəklər. Bu layihə tələbələrin Avropada təhsil alan gənclərlə əlaqələrinin genişlənməsində də mühüm rol oynayacaqdır.
Təhsil naziri Misir Mərdanov qeyd etmişdir ki, digər ölkələrdə bu kartlar pulla verilirsə, Azərbaycanda ölkə başçısının gəclər siyasəti proqramına uyğun olaraq pulsuz veriləcəkdir. Azərbaycanda ali təhsil məktəblərində 150 minədək tələbə var. Dörd il müddətinə veriləcək kartlar bütün tələbələrə mərhələlərlə təqdim olunacaqdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov layihənin ölkəmizdə aparılan gənclər siyasətinin bariz nümunəsi olduğunu demişdir. Vurğulamışdır ki, layihə Azərbaycan Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında nəzərdə tutulan təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədi ilə həyata keçirilir.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Azərbaycan tələbə kartı"nın ölkəmizdə təhsil alan gənclər üçün əhəmiyyətindən danışmış, təhsilin inkişaf etdirilməsi üçün atılan uğurlu addım olduğunu diqqətə çatdırmışdır.
Sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və "Xəzər" İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev layihə haqqında ətraflı məlumat vermişlər. Bildirmişlər ki, "Azərbaycan tələbə kartı"nı əldə edən hər bir tələbə respublika ərazisində, həmçinin Avropanın 30-dan çox ölkəsində 80 mindən artıq ictimai iaşə obyektlərindən güzəştlə istifadə edəcəkdir.
Sonda "Azərbaycan tələbə kartı" ilk istifadəçilərinə təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında