160 saylı Klassik Gimnaziyada bayram ovqatı

May ayının 16-sında 160 saylı Klassik Gimnaziyada bayram-əhval-ruhiyyəsi hökm sürürdü. Hamı sevinirdi, hamı bəzənmişdi, hamının dodağı nəğməli idi.
Tədbir "Cəngi rəqsi" ilə açıldı. Milli geyimli uşaqların gözəl rəqsləri məclisi canlandırdı və ardınca da Əli və Sürəyya zala üz tutaraq bütün şagird - müəllim heyətini aşağıdakı sözlərlə salamladılar: "Hər vaxtınız xeyirli olsun, əziz müəllimlərimiz və hörmətli valideynlər!
Bu ellərin gənc nəsliyik,
Biliyə var marağımız.
Bizim həyat yolumuzda,
Ol işıqlı çırağımız!
160 saylı Klassik Gimnaziyanın IV-a sinif şagirdləri buraxılış tədbiri hazırlamışdılar. Hamıdan həyəcanlı isə onların ilk müəllimələri (sinif rəhbəri) Ulduz xanım Ocaqova idi:
- Hər buraxılış sinfimdə bu qədər həyəcan keçirirəm. Üz-gözüm öyrəşdiyi, az qala əlimdə böyüyən uşaqlardan ayrılmaq çətin olsa da, sevincimi də gizlədə bilmirəm. 20 illik iş təcrübəm var. Bunlarla birgə 5 buraxılış sinfim olub. İndiki IV-a sinfimi 8 il əvvəl rəhbərlik etdiyim VIII-a sinfinin uşaqları təbrik edəcəklər. 3 buraxılış sinfimin məzunları isə indi müxtəlif ali məktəblərdə təhsil alır, müxtəlif dövlət idarələrində çalışırlar.
Tədbir maraqlı kompozisiya ilə qurulmuşdu:
- Müəllim sənəti müqəddəs və şərəflidir. Bəli, bizə ilk dəfə əlimizdə qələm tutmağı, lik hərfləri, "Ana, Vətən" sözlərini yazmağı siz öyrətdiniz. Müəllimlərimizin bizim yolumuzda sərf etdikləri əməyi, şam kimi yanıb hər əzaba qatlanmalarını biz heç vaxt unuda bilmərik. Həyat yollarında necə addımlamağı ilk dəfə siz öyrətdiniz, əziz müəllimlərimiz! Müqəddəslərimizin belə bir kəlamı var: uşaqlıqda qazanılan bilik daşa həkk olunan yazıdı.O yazını məhz siz yazmısınız -
Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə,
Sənin meyvələrin var.
Ədalət, Əli, Orxan, Ceyran, Faiq, Dəniz, Gülnarə, Hökümə, Fidan, Həbib - bir sözlə, bütün uşaqların ifa etdikləri biri-birindən maraqlı şeirlər, rəqslər hər kəsin məhəbbətli alqışları ilə qarşılanırdı.
Bu uşaqların ən böyük təbriki məktəbin direktoru Faina xanım Ələkbərova tərəfindən idi. O, hər il olduğu kimi, bu il də məktəbin tədbirlərinə birbaşa özü diqqət göstərir, qayğısını əsirgəmirdi.
Tədbirdə məktəbin tədris işləri üzrə müavini, riyaziyyat müəlliməsi Zənurə Əliyeva, ingilis dili müəlliməsi Yeganə Rəsulova, rus dili müəlliməsi Naima Sultanova, rəsm müəlliməsi Laləndar xanım Kərimova və digər müəllimələr şagirdlərin bayram sevinclərinə şərik idilər. Təbii ki, onlar dərs dediyi, illərlə zəhmətlərini çəkdikləri bu uşaqların növbəti uğurlarına sevinməyə bilməzdilər. O səbəbdən də uşaqların göstərdikləri hər rəqs nömrəsini, miniatur səhnəcikləri ürəkdən alqışlayırdılar.
Yolunuz açıq, qədəmləriniz uğurlu, həyatınız daim işıqlı olsun, əziz balalar!

{nl}

A.ÜLVİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında