Bakıda erməni saxtakarlıqları haqqında nadir elmi-tarixi kitabın təqdimatı olmuşdur

Mayın 11-də "İnterfaks" İnformasiya Agentliyinin mətbuat mərkəzində Prezident Administrasiyasının sektor müdiri, politoloq Fuad Axundovun "Saxtakarlıqları ifşa edənlər" kitabının birinci cildinin və 5 hissədən ibarət "Mövcud olmayan ölkə.... Ermənistan Qafqazda?.." sənədli filminin təqdimatı olmuşdur. AzərTAc xəbər verir ki, kitab "AZER-GLOBE" İctimai-Siyasi Araşdırmalar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin köməyi ilə hazırlanmışdır. 
Əvvəlcə "Mövcud olmayan ölkə.... Ermənistan Qafqazda?.." sənədli filmi nümayiş etdirilmişdir. Filmin ilk iki hissəsi Rusiya tarixi ilinə həsr edilmişdir. Bu hissələrdə Rusiya imperatorlarının erməni ekstremizminə qarşı sərt qərarları haqqında nadir dəlillər təqdim edilmişdir. Filmdə vurğulanır ki, erməni millətçiləri tarixin müxtəlif dövrlərində Rusiya dövlətçiliyinin əsaslarını sarsıtmağa çalışmışlar. Lakin onların dağıdıcı fəaliyyəti yüksək həddə çatanda imperatriçə Yelizaveta, çarlar I Nikolay, III Aleksandr və II Nikolay müvafiq fərmanlar vermişlər. Həmin fərmanlar erməni millətçilərinin Cənubi Qafqaz ərazisində törətdikləri cinayətləri ifşa edir. Filmin bütün hissələri mayın 12-dən etibarən YouTube portalında və institutun saytında yerləşdiriləcəkdir.
Kitabın müəllifi Fuad Axundov qeyd etmişdir ki, istər kitab, istərsə də film Azərbaycan, İngilis və hətta erməni dillərinə tərcümə olunacaqdır. F.Axundov demişdir: "Kitabın konsepsiyası bundan ibarətdir ki, burada erməni saxtakarlıqlarını yalnız əcnəbi alimlər, siyasətçilər, ictimai xadimlər - cəmi 152 müəllif ifşa edir. Onların 21-i həmin saxtakarlıqlara qarşı çıxan erməni mənşəli alimdir. Onlar deyirlər ki, İrəvan xanlığı erməni torpağı deyildir, ermənilər gəlmə xalqdır. Lakin sonralar həmin erməni alimləri "xalq düşməni" elan edilmişlər".
Kitab 32 tematik hissəyə bölünmüşdür. Bu da oxucuya lazımi informasiyanı tapmağa kömək edir. Mövzuların əhatə dairəsi ən qədim dövrlərdən bizim günlərədək təsadüf edilən erməni saxtakarlıqlarının miqyasını göstərir. Politoloq demişdir: "Ermənistan tarixi paranormal təzahürlərlə doludur. Onlarda ümumi tarix qanunları işləmir. Ermənilər iddia edirlər ki, İrəvan Roma qədər qədim şəhərdir. Lakin onun qədimliyinin sübutları haradadır... Onlar İrəvan qalasını uçurmuşlar ki, İrəvan xanlığının Azərbaycana məxsus olduğunu təsdiq edən faktları ört-basdır etsinlər. Bu proses 1960-cı illərdə başlanmışdır".
Politoloq qeyd etmişdir ki, İrəvan qalasının və Dağlıq Qarabağın Marağa qəsəbəsində ermənilərin Qarabağa köçürülməsinin 150 illiyinə həsr olunmuş abidənin dağıdılması ermənilərin ən böyük saxtakarlığıdır. Hər iki sübut kitabın üzqabığına çıxarılmışdır. Burada tanınmış rus batalist rəssamı Frans Rubonun "İrəvan qalasının 1827-ci il oktyabrın 1-də təslim edilməsi" əsəri təsvir olunmuşdur. Şəkildə məscidləri olan Azərbaycan şəhərinin siması göz qabağındadır. İndi isə həmin şəhərdən əsər-əlamət yoxdur. Rəssam əsəri 1893-cü ildə çəkmişdir. Ötən əsrin 30-40-cı illərində erməni millətçiləri bu qədim şəhəri məhv etməyə başlamışlar. Bu təkzibedilməz faktlar erməni millətçilərinin yalanını ifşa edir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında