Astara Pedaqoji Kollecində elmi-praktik konfrans

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Astara Pedaqoji Kollecində maraqlı tədbirlər həyata keçirilib.
Tələbələr arasında "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir" mövzusunda inşa yazı müsabiqəsi, stolüstü idman yarışları, voleybol və futbol turnirləri yaddaqalan olmuşdur. Bundan başqa, istedadlı tələbələrin əl işlərindən ibarət sərgi, ümummilli liderin elm və təhsilin inkişafı sahəsində genişmiqyaslı fəaliyyətinə həsr olunmuş "dəyirmi masa" və seminarlar keçirilmişdir. Tələbələrin Azərbaycan və rus dillərində yazdıqları inşalar xüsusilə diqqətəlayiq idi. Kollecdə "Heydər Əliyevin elm və təhsilin inkişafında rolu" mövzusunda düzənlənən elmi-praktik konfrans da maraqlı idi. Konfransın işinə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, məktəb direktorları, ziyalılar dəvət olunmuşdu.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və digər qonaqlar kollecdə əl işlərindən ibarət sərgiyə baxmış, tələbə və müəllim kollektivi ilə görüşmüş, fənn-tədris kabinetlərində, kitabxanada, kompyuter mərkəzində olmuş, bir neçə dərsdə iştirak etmişlər. Onlar ulu öndərin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar görülən işlərlə yaxından tanış olmuşlar.
Ertəsi gün konfrans iştirakçıları ulu öndərin şəhərin mərkəzindəki abidəsini ziyarət etmiş və önünə çiçək dəstələri qoymuşlar. Qonaqlar tədris korpusunda yaradılmış "Heydər Əliyev" guşəsinə baxmışlar.
Konfransı kollecin direktoru, fəlsəfə doktoru, əməkdar müəllim, dosent Əlihəsən Həmzəyev açaraq demişdir ki, Heydər Əliyev şəxsiyyəti hələ tam öyrənilməmiş dünyadır. Misilsiz dövlət xadimi kimi ən mürəkkəb vəziyyətlərdən vətən üçün, doğma xalqından ötrü ən düzgün çıxış yolu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergi idi. Natiq vurğuladı ki, tarix yalnız Heydər Əliyev kimi dahilərin xalqın həyatında dərin iz qoya bildiyini sübut edib.
Sonra məruzələr dinlənilmişdir. Tarix müəllimi Ruslan Əliyev "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradıcısı və qurucusudur", Azərbaycan dili və ədəbiyyatı müəllimi Arzu Hüseynova "Heydər Əliyev və Azərbaycan dili" mövzularında məruzə etmişlər.
Gənclər təşkilatının sədri, kollecin müəllimi Nigar Məmmədova, tarix müəllimi Möhübbət Eyvazov, fəlsəfə doktoru Şahrza Ağayev, rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev, təhsil şöbəsi müdirinin müavini Faiq Həsənov, mədəniyyət şöbəsinin işçisi Əfqan Şəfiyev, icra hakimiyyəti başçısının müavini, YAP Astara rayon təşkilatının sədri Natiq İbadov bütün həyatını vətəninin inkişafına həsr edən, millətin tərəqqisini elmin, təhsilin inkişafında görən ulu öndərin cahanşümul fəaliyyətinin mühüm məqamlarından danışmışlar. Tələbələrin təqdim etdikləri ədəbi-bədii kompozisiya da böyük maraqla qarşılanmışdır.

{nl}

Azad ABDULLAYEV, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında