"Şuşa: Azərbaycanın strateji əhəmiyyətli tarixi mədəniyyət mərkəzi" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Şuşanın işğalının 20-ci ildönümünə həsr olunan "Şuşa: Azərbaycanın strateji əhəmiyyətli tarixi mədəniyyət mərkəzi" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. 
Tədbiri akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq, ermənilərin əsrlər boyu xalqımıza qarşı apardıqları təxribatlardan söhbət açmışdır. Rektor erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərində törədikləri vəhşilikləri diqqətə çatdırmış və Şuşanın işğalı nəticəsində Azərbaycana, onun mədəniyyətinə vurulan maddi-mənəvi zərərdən danışmışdır. U.Ələkbərov ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımızın üzləşdiyi fəlakətlərin beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırılması yönümündə gördüyü işləri, həyata keçirdiyi tədbirləri xatırlatdı. Rektor, həmçinin Azərbaycan Prezident İlham Əliyevin Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə əlaqədar imzaladığı sərəncamı xatırladaraq onun əhəmiyyətindən danışdı.
Elmi-praktik konfransda iştirak edən professor-müəllim, tələbə və müdavimlər dosent F.Əhmədovanın "Şuşa-Azərbaycanın milli-mədəni mərkəzi kimi", dosent H.Məmmədovun "Şuşasız 20 il", dosent E.Əhmədovun "Şuşanın tarixi, siyasi və strateji əhəmiyyəti" mövzusunda məruzələrini dinlədilər.
Tədbirdə "Şuşa işgaldan əvvəl və sonra" adlı video slayd nümayiş etdirildi.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında